xtardığı söhbəti tətbiqdə tapa bilməyən və hər zaman eyni emojilərdən istifadə etməkdən bezənlərə WhatsApp yeni təkliflərlə gəlib.
WhatsApp söhbətləri kateqoriyalara bölünəcək!

WhatsApp-ın Android Beta versiyasında ortaya çıxan yeni funksiyalardan birincisi WhatsApp-dan çox daha rahat istifadə etməyə imkan verəcək söhbət kateqoriyası olacaq. “WhatsApp” keçmiş söhbətləri tapmaqda çətinlik çəkənlər üçün proqrama söhbət filtrlərini gətirir.
Hələ ki, "Oxunmamış", "Şəxsi" və "İş" adlı 3 fərqli mövzuya bölünən söhbət filtrlərinə kliklədiyiniz zaman yalnız həmin kateqoriyadakı çatların siyahıya alındığını görəcəksiniz. Bu funksiya iş və təsadüfi söhbətləri ayırmaq üçün faydalı olsa da, "qruplar" üçün filtrin olmaması çatışmazlıq sayıla bilər. Bununla belə, həmkarlarınızla yaratdığınız WhatsApp qrupunu “iş” kateqoriyasına əlavə edə biləcəyiniz məlum deyil. Təfərrüatların tezliklə ortaya çıxacağı gözlənilir.
Həmçinin, WhatsApp emojilərdən sıxılanlar üçün də stiker təklifləri verəcək!

İkinci xüsusiyyət isə hər zaman eyni emojilərdən istifadə etməkdən yorulanları sevindirəcək. Çünki tezliklə WhatsApp daha rəngarəng söhbət üçün stiker təklifləri təqdim edəcək.
WhatsApp stiker funksiyasını təxminən 5 il əvvəl təqdim etsə də, onun arzulanan populyarlığa çatdığını söyləmək çətindir. Görünür, şirkət bu vəziyyəti dəyişmək istəyir. Android Beta versiyasında ortaya çıxan bu xüsusiyyət vasitəsilə, istifadə etdiyiniz emojiyə uyğun olaraq stiker təkliflərini görə biləcəksiniz.