B

Bildiyiniz kimi bütün telefonlardan “Whatsapp” vasitəsilə göndərilən şəkillərin keyfiyyəti düşür. Xüsusi ilə böyük həcmli şəkilləri göndərmək üçün istifadəçilər "Whatsapp"ın sənəd göndərmə funksiyasından istifadə edirlər.

Nəhayət ki, bu problemi aradan qaldırmağa çalışan “Whatsapp” tətbiqə yeni bir funksiya əlavə etdi. Bu funksiya həm Android, həm də iOS əməliyyat sistemli telefonlar üçün keçərlidir.
Yeni funksiya haqqında öncədən məlumat verən “WABetaInfo”nun dediyinə görə tətbiqdə üç fərqli şəkil keyfiyyəti seçimi yer alacaq.
Beta proqramına qoşulan Android və iPhone sahiblərinin istifadəsinə verilən özəlliyin ekran görüntüsünü paylaşan “WABetaInfo”, şəkillərin orijinal keyfiyyətinin minimum səviyyədə düşəcəyini vurğuladı.

“WhatsApp“a əlavə edilən seçimlər belədir:
• Avtomatik (Tövsiyə edilir): Bu seçim, şəbəkə sürətinə görə şəkillərin keyfiyyətini azaltma qərarını “WhatsApp”a verir.
• Ən yaxşı keyfiyyət: Mümkün olan ən yaxşı keyfiyyətdə göndəriləcək
• İnternetə qənaət: İnternetə və yaddaşa qənaət etmək üçün keyfiyyəti azaldılacaq.
Onu da qeyd etmək lazımdır ki, “Ən yaxşı keyfiyyət” seçimində belə 100% şəkil olduğu kimi göndərilməyəcək. Bu seçim ilə şəklin 80% keyfiyyətini olduğu kimi saxlaya biləcəksiniz. Həmçinin şəklin ölçüləri 2048×2048 pikseldən böyükdürsə, yenidən ölçüləndiriləcək.

Posted 
Jul 30, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All