Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Yaşıl yoxsa mavi? "iMessage"ə RCS dəstəyi gəlir

Apple RCS iPhone Android iMessage

iMessage Apple ekosisteminin ən vacib elementlərindən biri hesab olunur. Bu mesajlaşma infrastrukturu daxili mesajlaşma proqramı vasitəsilə işləyir. Qabarcığın rəngi mavidirsə, iPhone-dan, yaşıldırsa, mesajın Android telefonundan olduğunu göstərir. Google iddia edir ki, bu, xüsusilə gənclər arasında iPhone almağı təşviq edir. Apple məhz bu məsələ ilə bağlı geri addım atıb. Şirkət 2024-cü ildə RCS standartını rəsmi olaraq qəbul edəcəklərini açıqlayıb.

Şampun qablaşdırması ilə saç yumaq? Şəxsi qulluq məhsullarına yeni yanaşma!

Suda Çözünen Şampuan Şişeleri Avrupa’da Raflardaki Yerini Alıyor

"BBDO Guerrero" 2021-ci ildə planeti qablaşdırmanın yaratdığı çirklənmədən təmizləmək üçün başlatdığı “The Dissolution Bottle” layihəsi ilə səs-küy yaratdı.

O, bu konsepsiya ilə ənənəvi şampun qablaşdırmasını, eləcə də şampunun tərkibini yenidən hazırlayıb. Məhsuldan istifadə etmək üçün qapağı açmaq əvəzinə bir az su ilə köpürtmək kifayətdir. Cəmi 130 qram ağırlığında olan bu qablaşdırma tamamilə üzvi materiallardan hazırlanıb. Hər bir qəlib 90ml plastik şüşəni əvəz edir və şəxsi qulluq məhsullarına yeni yanaşma gətirir.

"X"də xüsusi səhifə vasitəsilə iş axtara bilərsiniz

X (Twitter) platformasında hazırlanmış xüsusi səhifə vasitəsilə iş axtarmaq mümkün hala gəlib. Bu sistemin iş tapmaq prosesini sürətləndirəcəyi gözlənilir, çünki böyük şirkətlər X (Twitter) vasitəsilə tez bir zamanda bir çox insana çata bilir. X-i hər şeyin edilə biləcəyi bir tətbiq və ya məkan halına gətirmək istəyən Elon Musk-ın LinkedIn-ə də rəqib olacağı düşünülür.

iPhone və iPad-də Windows-dan istifadə etmək artıq mümkündür

iPhone iPad üçün Windows proqramı rəsmi olaraq buraxılıb. Bu proqramla siz telefonunuzdan Windows-a daxil ola biləcəksiniz. İlk təcrübə olaraq, bulud və fiziki kompüterləri birləşdirmək və idarə etmək mümkündür. Proqram hazırda Microsoft biznes hesabı tələb etsə də, tezliklə fərdi hesablar üçün də əlçatan olacaq.

"BP" şirkəti Türkiyədən çıxdı

Petrol Ofisi, BP Türkiye'nin akaryakıt birimini... | Rudaw.net

Türkiyədə 111 ildir fəaliyyət göstərən "BP" şirkəti 700-dən çox yanacaqdoldurma məntəqəsi və lisenziya hüququnu təhvil verərək Türkiyə bazarını tərk edib. Şirkət Türkiyədəki törəmə müəssisələrini "Petrol Ofisi"nə satmaq üçün razılığa gəlib. "Petrol Ofisi" tərəfindən verilən açıqlamada qiymət bildirilməsə də, satış əməliyyatı üçün Rəqabət Qurumunun təsdiqi gözləniləcək.

Posted 
Nov 17, 2023
 in 
 category

Daha çox

 kateqoriyasından

View All
No items found.