T

exnologiya nəhəngi “Google”un ilk işçilərindən biri və dünyaca məşhur onlayn video paylaşma və sosial media platforması “YouTube”un “CEO”su Susan Voyçiçki işçilərə göndərdiyi elektron məktubda istefa verdiyini açıqlayıb. 

2014-cü ildən bu vəzifədə çalışan 54 yaşlı Voyçiçkini onun müavini Nil Mohan əvəz edəcək. Voyçiçki işçilərə göndərdiyi elektron poçtda "ailəsinə, sağlamlığına və şəxsi layihələrinə" vaxt ayırmağı və Alphabet-də mentorluq etməyi planlaşdırdığını söylədi.

Əvvəllər “Google”da reklam məhsulları üzrə baş vitse-prezident olan Voyçiçki 2014-cü ildə “YouTube”un “CEO”su olub. 2008-ci ildə “Google”a qoşulan Stenford Universitetinin məzunu Mohan isə diqqətini “YouTube”da “Shorts” və “Musiqi” yaratmağa yönəltmişdi.

Q&A with Neal Mohan: the man with YouTube's most impossible job - Vox

CEO  dəyişikliyi xəbəri Google səhmlərinin 1%-dən az ucuzlaşmasına səbəb olub. Bu, YouTube-un reklam gəlirinin “TikTok” və “Facebook”un reels videoları və Netflix kimi platformaların izləmə vaxtına gorə rəqabətdə düşməsindən sonra baş verdi.

‍

Posted 
Feb 17, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All