Y

eni "Sony Xperia 1 V” zəif işıqda smartfon fotoqrafiyasını yeni səviyyəyə daşıyan ilkin Exmor T sensoruna malikdir. 21:9 4K OLED “Xperia 1 V”nin ekran ölçüsü 6,5 düymdür və 120Hz yeniləmə tezliyi təklif edir. Gorilla Glass Victus 2 ilə qorunan yeni smartfon 12 meqapiksellik selfi kamerasına malikdir. Qeyd edək ki, telefonun arxa tərəfi də Gorilla Glass Victus 2 ilə qorunur. “Sony” bazarda olan digər telefonlardan fərqli, unikal sürüşməyən konstruksiyaya malik olduğunu iddia edir. Yeni cihazda IP65IP68 sertifikatları da yer alır.

sony xperia 1 v kamera özellikleri

“Xperia 1 V” 12 GB RAMmicroSD kartla artırıla bilən 256 GB yaddaşla gəlir. “Snapdragon 8 Gen 2” prosessorlu telefon, əvvəlki modellə müqayisədə 60 % daha çox istilik yayma lövhəsi sahəsinə malikdir. Bu da o deməkdir ki, “Sony Xperia 1 IV”də mövcud olan həddindən artıq qızma problemi aradan qalxıb. “Photo Pro”, “Video Pro”, “Cinema Pro” proqramlarının interfeysi şaquli formata uyğun yenilənib. “Sony Xperia 1 V” iyunun sonunda 3 rəng seçimi ilə satışa çıxarılacaq. Telefonun qiyməti 1400 dollar təşkil edəcək.

Posted 
May 11, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All