ABB regionda fəaliyyətini genişləndirmək istiqamətində yeni planlarını açıqlayıb.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, qurum 2026–2028-ci illəri əhatə edən strateji plan çərçivəsində Uzbekistan maliyyə bazarına daxil olmağı nəzərdən keçirir.
Açıqlamaya görə, bu qərarın əsas səbəblərindən biri Özbəkistanda rəqəmsal bankçılıq xidmətlərinə artan tələbat və təxminən 40 milyona yaxın əhali ilə formalaşan geniş bazar potensialıdır. Bank rəhbərliyi hesab edir ki, bu bazar həm müştəri bazasının genişləndirilməsi, həm də yeni maliyyə məhsullarının tətbiqi baxımından əhəmiyyətli imkanlar yaradır.
Plan çərçivəsində ABB-nin yerli bazarda sıfırdan fəaliyyət qurmaqdan daha çox, mövcud özəl banklardan birində nəzarət səhm paketinin alınması variantını nəzərdən keçirdiyi bildirilir. Bu yanaşma bazara daha sürətli daxil olmaq və mövcud infrastrukturdan istifadə etmək baxımından daha effektiv hesab olunur.



