əqəmsal kreativliyin sürətlə dəyişdiyi bir dövrdə Adobe özünün “Creative Trends 2026” hesabatını paylaşdı. Hesabat sadəcə dizayn trend-lərinin siyahısı deyil. Daha çox kreativ sənayenin hara getdiyini göstərən bir xəritə kimidir.
Adobe bu araşdırmanı Creative Cloud istifadələri, kreativ icmanın töhfələri və qlobal mədəni davranışlar əsasında hazırlayıb. Yəni burada sadəcə “bu il hansı rəng trend olacaq?” yanaşması yoxdur. Əsas fokus insanların nə hiss etdiyi, nəyə reaksiya verdiyi və texnologiyanın bu prosesdə necə istifadə olunduğudur.
Hesabatın əsas mesajı isə kifayət qədər aydındır: AI inkişaf edir, alətlər dəyişir, amma insanlar hələ də emosional və səmimi hekayələrə reaksiya verir.
All the Feels
Adobe-un önə çıxardığı əsas trend-lərdən biri “All the Feels” adlanır.
Burada məqsəd sadəcə gözə xoş görünən dizayn yaratmaq deyil. Vizualın insanlarda hiss yaratması ön plana çıxır. Rəng, tekstura, səs və kompozisiya birlikdə işləyərək daha immersiv təcrübə qurur.
Yəni kontentə baxanda sadəcə “gözəl dizayn” hissi yox, atmosfer hiss olunmalıdır.
Bu trend xüsusilə moda, musiqi, beauty və entertainment layihələrində artıq daha çox görünməyə başlayıb. Brendlər vizualı statik poster kimi yox, hiss yaşadan təcrübə kimi qurmağa çalışırlar.
Connectioneering
Adobe-un vurğuladığı digər trend isə “Connectioneering”dir.
Burada əsas məsələ marka ilə insan arasında real emosional bağ yaratmaqdır. Sadəcə estetik görüntü artıq kifayət etmir. İnsanlar özlərini həmin hekayənin içində görmək istəyirlər.
Bu yanaşma əsasən:
- güclü insan hekayələri;
- emosional insaytlar;
- moodboard və vizual istiqamətin əvvəlcədən hiss üzərindən qurulması kimi elementlərdən istifadə edir.
Çünki hazırda internet vizual olaraq həddindən artıq doludur. İnsanların yadında qalan isə ən “parlaq” kontent yox, nəsə hiss etdirən kontent olur.
Surreal Silliness
Adobe-un 2026 üçün diqqət çəkdiyi ən maraqlı istiqamətlərdən biri də “Surreal Silliness”dir.
Bu trend absurd, qəribə və gözlənilməz vizuallardan istifadə etməyə təşviq edir. Generative AI alətləri ilə artıq çox sadə prompt-lardan belə qeyri-adi səhnələr yaratmaq mümkün olduğu üçün kreativlər daha sərbəst eksperiment etməyə başlayıblar.
Bu yanaşmanın məqsədi sadəcə “funny olmaq” deyil. Sosial mediada diqqətin çox qısa olduğu bir dövrdə qəribəlik bəzən ən güclü attention mexanizminə çevrilir.
Xüsusilə Gen Z auditoriyası artıq çox polished və “reklam kimi görünən” işlərdən tez uzaqlaşır. Daha spontan, qəribə və internet-native görünən işlər isə daha çox engagement yaradır.
Local Flavors
Adobe-un hesabatında yer alan digər böyük trend isə “Local Flavours”dir.
Hyperconnected dünyada insanlar artıq daha lokal, daha real və daha mədəni olaraq yaxın hekayələr görmək istəyirlər. Bu isə sadəcə milli ornament istifadə etmək demək deyil.
Əsas məsələ yerli creator-larla işləmək, real icmaları göstərmək və mədəniyyəti “estetik dekor” kimi yox, hekayənin özü kimi istifadə etməkdir.
Bu trend xüsusilə gənc auditoriyada daha güclü hiss olunur. İnsanlar artıq overly generic qlobal reklam dilindən yorulmağa başlayıb.
Sənaye ümumi olaraq hara gedir?
Adobe-un hesabatı bir şeyi aydın göstərir: kreativ sənaye texnologiyadan qaçmır. Əksinə, AI və yeni alətləri daha aktiv istifadə edir. Amma bütün bu texnologiyanın içində yenidən insan hissləri, storytelling və autentiklik ön plana çıxır.
Digər sənaye hesabatlarında da oxşar istiqamətlər görünür:
- handcrafted və digital estetikaların qarışması;
- daha orqanik vizuallar;
- AI ilə insan əməyinin birlikdəliyi;
- və ən əsası, real hiss yaradan hekayələrin ön plana çıxması.
Görünən odur ki, 2026-da kreativlik “mükəmməl görünmək” əvəzinə, daha real hiss etdirmək üzərinə qurulacaq.



