Süni intellektlə qanunsuz materialların hazırlanmasına dair cəza və qadağalar təsdiqlənib.

Prezident İlham Əliyev Cinayət və İnzibati məcəllələrə, eləcə də “Media haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Yeni qaydalar süni intellekt vasitəsilə saxta foto, video və audio materialların hazırlanması və yayılması ilə bağlı məsuliyyəti müəyyən edir.

Dəyişikliyə əsasən, şəxsin razılığı olmadan onun görüntü və ya səsindən istifadə edilərək reallığı əks etdirməyən materialların hazırlanması və yayılması müxtəlif cəza növləri ilə nəticələnə bilər. Buraya cərimə, ictimai işlər və azadlıqdan məhrumetmə də daxildir.

Eyni zamanda, bu tip materialların qrup halında, bir neçə şəxsə qarşı və ya nüfuzun zədələnməsi məqsədilə, eləcə də pornoqrafik məzmunlu formada hazırlanması və yayılması halları üçün də ayrıca cinayət məsuliyyəti nəzərdə tutulur.

Posted 
May 6, 2026
 in 
İnvestisiya
 category

Daha çox

İnvestisiya

 kateqoriyasından

View All