Amazon Anthropic ilə tərəfdaşlığını genişləndirərək dərhal $5 milyard sərmayə qoyur və gələcəkdə bu məbləği $20 milyarda qədər artırmağı planlaşdırır.
Razılaşma çərçivəsində Anthropic Claude modellərini öyrətmək və işlətmək üçün 5 gigavatadək hesablama gücü əldə edəcək. Şirkət bunun qarşılığında növbəti 10 il ərzində Amazon Web Services (AWS) infrastrukturu üçün $100 milyarddan çox xərcləməyi öhdəsinə götürüb və Amazon-un Trainium çiplərinə çıxış əldə edib.
Məqsəd nədir?
• Amazon AI yarışında geri qalmamaq və bazarda pay qazanmaq istəyir
• Öz bulud platforması AWS-ə daha çox böyük AI müştərisi bağlamağa çalışır
• Anthropic-i “öz ekosisteminə” bağlayaraq rəqiblərə (xüsusilə digər cloud və AI oyunçularına) üstünlük əldə edir
• Öz çiplərini (Trainium) yayaraq Nvidia asılılığını azaltmaq və xərcləri aşağı salmaq istəyir
• Gələcəkdə AI xidmətlərindən milyardlarla gəlir əldə etməyi hədəfləyir



