“App Store” Mükafatları çərçivəsində texniki yeniliklər, istifadəçi təcrübəsi və dizayn əsasında müəyyən edilən, pulsuz və ödənişli kateqoriyalar üzrə ilin ən çox yüklənən tətbiqləri və oyunları elan edilib. Keçən il keçirilən mükafatlandırma mərasimlərində bağlantı qurmaq və birlik hissini aşılamaq mühüm seçim meyarları kimi önə çıxsa da, bu il diqqət kütlələrə təsir etmək fikrinə yönəldilib.

2021-ci ildə “Apple” ilin trendi çərçivəsində adi kateqoriyalara əlavə olaraq “Bizi bir araya gətirən tətbiqlər” adlı yeni kateqoriya əlavə etdi. Bu il isə insanların həyatında qalıcı təsirə malik və mədəniyyətə təsir edən bəzi tətbiqləri mükafatlandırmaq məqsədilə “App Store” Mükafatlarına daha bir kateqoriya əlavə edilib.

İlin trendi: Mədəniyyətə təsir

2022-ci il üzrə seçilmiş beş tətbiq və beş oyuna əlavə olaraq “Cultural Impact” kateqoriyası üzrə mədəni təsir yarada bilən daha beş tətbiq mükafatlandırılıb. “Apple”ın icraçi direktoru Tim Kuk bu il seçilən tətbiqlərin yeni, düşünülmüş və orijinal perspektivlər təqdim edən təcrübələr dizayn etdiklərini bildirib və sözügedən startapların ciddi təsirə malik olduğunu, cəmiyyətə müsbət təsir göstərdiyini vurğulayıb. “App Store” Mükafatları “iPhone”, “iPad”, “Apple Watch”, “Mac” və “Apple TV” daxil olmaqla bütün “Apple” platformaları üçün nəzərdə tutulan tətbiqləri əhatə edir.


İlin “iPhone” tətbiqi
BeReal

İlin “iPad” tətbiqi
GoodNotes5


İlin “Mac” tətbiqi

Synium Software GmbH
Mac Family Tree 10


İlin “Apple TV” tətbiqi

TelevisaUnivision Interactive
VIX

İlin “Apple Watch” tətbiqi

Gentler Stories LLC
Gentler Streak

İlin “iPhone” oyunu

Electronic Arts
Apex Legends Mobile

İlin “iPad” oyunu

X.D. Network Inc
Moncage

İlin “Mac” oyunu

Devolver
Inscryption

İlin “Apple TV” oyunu

HandyGames
El Hijo

İlin “Arcade” oyunu

Studio Drydock Pty Ltd
Wylde Flowers


İlin Çin oyunu

Shenzhen Tencent Tianyou Technology Ltd
League of Legends Esports Manager

“Cultural Impact” kateqoriyası üzrə qaliblər

How We Feel Project, Inc.
How We Feel 
Rise-Home Stories Project
Dot’s Home
Locket Labs, Inc
Locket Widget

Vitalii Mogylevets
Waterllama
ARTE Experience
Inua – A Story in Ice and Time
Posted 
Nov 30, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All