Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Star Wars üslublu kosmik gəmi reallığa çevrilib

star-wars-tarzi-uzay-araci-dream-chaser

Star Wars kainatından çıxmış kimi görünən “Dream Chaser” kosmik gəmisi NASA-nın Kennedi Kosmik Mərkəzinə ilk səyahətinə hazırlaşır. NASA ilə müqaviləyə əsasən, “Dream Chaser” ISS-ə yeddi yük missiyası həyata keçirməyi planlaşdırır.

"Dream Chaser" donanmasının ilk üzvü olan Tenacity, Ohayo ştatındakı Neil Armstronq Sınaq Müəssisəsində ciddi ekoloji sınaqdan keçib. Onun ilk uçuşu Beynəlxalq Kosmik Stansiyaya (BKS) yük daşımaq qabiliyyətini sınaqdan keçirəcək. Bununla belə, şirkət gələcəkdə insan astronavtlarını da daşımağı planlaşdırır.

Azərbaycanda kibertəhlükəsizlik üzrə platforma yaradılıb

Cyber security for the industry | ICT Group

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tədbirlər planının icrasının monitorinqi və qiymətləndirilməsi üçün platforma yaradıb.

Bu barədə Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun təşkilatçılığı ilə keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin IV Zirvə Toplantısında bildirib.

Onun sözlərinə görə, yeni sistem yaxın günlərdə dövlət qurumlarına təqdim olunacaq. T.Məmmədov qeyd edib:

“İstənilən dövlət qurumu tədbirlər planına görə ona tapşırılan məsələni bu platformada qeydiyyata aldıra biləcək. Platformanın bir neçə istiqamətdə faydası olacaq. Bunlardan biri bütün tapşırıqların bir mərkəzdən koordinasiya olunmasıdır. Eyni zamanda tapşırıqlarda bir neçə dövlət qurumuna öhdəlik qoyulacaq, əsas və digər icraçılar olaraq. Platforma imkan verəcək ki, dövlət qurumları icrası tapşırılan məsələ ilə bağlı müzakirələri həmin platforma üzərindən təşkil eləsin və hər qurum icrasında olan proses barədə məlumatları bu sistemə daxil etsin. İnformasiya təhlükəsizliyi üzrə koordinasiya komissiyası tərkibində monitorinq və qiymətləndirmə üzrə yaradılmış işçi qrup sistem üzərindən görülən işləri müəyyən olunmuş indikatorlar üzrə qiymətləndirə biləcək”

"X"ə yeni bir funksiya əlavə olunacaq

Elon Musk puts his "X" on Twitter

"X"ə gələcək yeni xüsusiyyət sayəsində istifadəçilərə qısa və uzun videolardan ibarət bir axış təqdim ediləcək. Bu axışdakı videolar istifadəçilərin maraqlarına uyğun olaraq müəyyən ediləcək.

"Apple" artıq dünyanın ikinci ən dəyərli şirkəti deyil!

Apple Becomes $3 Trillion Company Again, But Nvidia Steals the Moment -  MacRumors

"NVIDIA" 3,01 trilyon dollarlıq dəyəri ilə "Apple"ı geridə qoyaraq dünyanın ikinci ən dəyərli şirkəti olub. “NVIDIA” səhmləri hazırda 1220 dollara satılır və şirkət iyunun 7-də səhmlərin bölünməsini planlaşdırır. Bu o deməkdir ki, "Nvidia" səhmləri daha əlçatan olacaq və daha çox investor cəlb edə biləcək. NVIDIA AI sürətləndiriciləri AI çip bazarının 70% -dən 95% -ə qədərini tutur.

Dördüncü "SpaceX" Starship testi uğurla başa çatdı!

Dünyanın ən güclü raketi olan Starship üçün gözlənilən FAA icazəsi gəldi. Bununla belə, bu gün test uçuşu uğurla gerçəkləşdi. Qeyd edək ki, dördüncü uçuş sınağı Starship və Super Heavy gəmilərinin təkrar istifadəyə yararlılığını nümayiş etdirməyə yönəlib.

Posted 
Jun 6, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All