"Apple" bu payız M5 prosessorlu ilk MacBook Pro və iPad Pro modellərini təqdim etməyi planlaşdırır. Ötən il M4 çipini əvvəlcə iPad Pro-da istifadə edən şirkət bu dəfə MacBook və iPad modellərini eyni vaxtda təqdim etməyə hazırlaşır.

Yeni MacBook Pro modelləri M5, M5 Pro və M5 Max olmaqla üç fərqli versiyada satışa çıxacaq. Dizayn və ekran kimi əsas yeniliklər isə gələcək M6 modellərinə saxlanılıb. Digər Mac cihazlarının M5 versiyaları 2026-cı ilə qədər gecikə bilər.