"Apple Music" platformasına “Sound Teherapy” adlı yeni musiqi kolleksiyası əlavə olunub. Bu kolleksiya istifadəçilərin diqqət toplama, rahatlama və yuxuya getmə kimi ehtiyaclarına cavab vermək məqsədilə alimlər və musiqiçilərin əməkdaşlığı ilə hazırlanıb. "Apple" bu layihə üçün "Universal Music Group" ilə birgə çalışıb və siyahılarda gama, teta və delta ritmləri, eləcə də elmi əsaslı audio elementlərdən istifadə olunub.
İstifadəçilər artıq "Apple Music" tətbiqinə daxil olaraq bu bölməni ana səhifədə görə və onlara uyğun siyahını seçə bilərlər. Şirkət bu təşəbbüsün stressi azaltmaq, yuxu keyfiyyətini artırmaq və məhsuldarlığı yüksəltmək üçün təsirli ola biləcəyini bildirir.
Daha çox
Daily
kateqoriyasından
View All