Britaniyanın lüks avtomobil istehsalçısı “Aston Martin” dizayner Peter Saville tərəfindən hazırlanmış yeni loqosunu təqdim edib.

Yenidən işlənmiş loqo əvvəlki ilə oxşarlıq təşkil edir. Ən böyük dəyişiklik qanadlardan keçən yarımdairəvi xəttin çıxarılmasıdır.

"Aston Martin qanadlarının yeniləməsi ən köhnə loqotiplərin zəruri təkamülünün klassik nümunəsidir”, -  dizayner Saville belə qeyd edib.

"İncə, lakin zəruri təkmilləşdirmələr formaları təzə saxlamaqla yanaşı, gələcəkdə yeni texnologiyaların, vəziyyətlərin və tətbiqlərin uyğunlaşdırılmasına imkan verir. Bu proses Aston Martin markasının əsas xüsusiyyətini aydınlaşdırmaq və vurğulamaqdan ibarət idi”.

Əyri xəttin götürülməsi ilə yanaşı, qanadın konturları bir qədər qalınlaşdırılıb və brendin adının arxasındakı yaşıl rəng tünd rəngə çevrilib.

"İnsanlara özümüzü sevdirmək, müştərilərimizin qəlbləri və zehni ilə əlaqə yaratmaqdan ötrü dizayn etdiyimiz üçün “Aston Martin”də dizayn etdiyimiz hər bir obyektin dərin məna və niyyəti var və dürüstlük, emosiya ilə yaradılıb", - deyə “Aston Martin”in icraçı vitse-prezidenti Marek Reichman bildirib. 

Posted 
Jul 21, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All