Azərkosmos-un idarəetməsində yeni dəyişiklik edildi
Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, Azərkosmosun idarəetmə mexanizmində müəyyən dəyişikliklər edilib. Yeni qaydalara görə, AZCON bundan sonra Azərkosmos İdarə Heyəti sədrinin müavinlərini təyin etmək və onların vəzifədən azad edilməsi ilə bağlı qərarlar qəbul etmək səlahiyyətinə malik olacaq.
Fərmanla yanaşı, Azərkosmosun əməkhaqqı siyasəti ilə bağlı məsələlərdə də yeni razılaşdırma mexanizmi müəyyənləşdirilib. Belə ki, qurum əməkhaqqı fondu və əməkhaqqı ilə bağlı qərarlarını AZCON-la razılaşdırmalıdır.
Dəyişikliklər Azərkosmosun idarəetmə və maliyyə məsələlərinin AZCON çərçivəsində daha koordinasiyalı şəkildə həyata keçirilməsini nəzərdə tutur. Yeni səlahiyyət bölgüsünün qurumun idarəetmə prosesində vahid yanaşmanın təmin edilməsinə xidmət edəcəyi gözlənilir.



