Azərbaycan və BP süni intellekt və rəqəmsallaşma sahəsində əməkdaşlığı genişləndirir.
Azərbaycan hökuməti və enerji şirkəti BP arasında süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində birgə layihələrin həyata keçirilməsi üzrə razılıq əldə olunub. Bu barədə məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev verib. Nazir, görüş zamanı BP ilə mümkün əməkdaşlıq istiqamətlərini və insan kapitalının inkişafını müzakirə etdiklərini bildirib.
Görüşdə diqqət xüsusilə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional fəaliyyəti və bu ölkələrdə rəqəmsal infrastrukturun gücləndirilməsi imkanlarına yönəldilib. Nazir qeyd edib ki, əməkdaşlıq sahələri arasında həmçinin logistika və idarəetmə proseslərinin optimallaşdırılması, eləcə də AZCON Holding ilə birgə fəaliyyətin genişləndirilməsi mövzuları müzakirə olunub.

Posted 
Jan 30, 2026
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All