Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiyavə Rəqəmsal İnkişaf Agentliyinin “Technion” Texnologiya İnstitutu ilə birgə təsisetdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçünqeydiyyata start verib.

Bu tədris dalğasında Mərkəz ilk dəfə olaraq xüsusi imkan təqdim edir. Belə ki, proqramı uğurla başa vuranlar arasında ənyüksək nəticə göstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcıl şirkətlərdə1 aylıq təcrübə proqramına iştirak şansıqazanaraq öz bacarıqlarını real işmühitində sınayacaq.

Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı,ingilis dili bilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycan vətəndaşlarımüraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcılolaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. İsrailli mütəxəssislərinkeçirəcəyi imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKTüzrə bilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonramüsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə tam təqaüdlüformada iştirak hüququ əldə edəcək. Hər bir mərhələ üzrə yalnız ən yüksək göstəricilərəsahib şəxslər sonrakı mərhələdə iştirak hüququ qazanacaqlar.

Proqrama qəbul olanlara dərslər “Technion” Texnologiyaİnstitutunun akademik heyəti tərəfindən onların tədris metodologiyasına əsasənkeçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay müddətindəsaat 09:00-dan 16:00-a qədər dərslər, 16:00-dan 21:00-dək praktiki məşğələlər şəklindədavam edəcək.

Proqram çərçivəsində “Red Team” (hücum) və “BlueTeam” (müdafiə) olmaqla 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır.Komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarınıinkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə “Technion” Texnologiya İnstitutununrəsmi sertifikatı təqdim olunacaq.

 Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxilolaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 1 dekabr 2025-ci ildir.

Posted 
Nov 3, 2025
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All