Azərbaycan nümayəndə heyəti Küveytdə keçirilən Rəqəmsal Əməkdaşlıq Təşkilatının (Digital Cooperation Organization – DCO) 5-ci Baş Assambleyasında iştirak edib.

Tədbir çərçivəsində aparılan müzakirələrdə Azərbaycanın rəqəmsal transformasiya gündəliyi, xüsusilə süni intellekt texnologiyalarının dövlət idarəçiliyində, iqtisadiyyatda və insan kapitalının inkişafında tətbiqi məsələləri diqqət mərkəzində olub. Nümayəndə heyəti ölkədə bu sahədə həyata keçirilən institusional və strateji addımlar barədə məlumat verib.

Çıxışlarda Süni İntellekt Akademiyasının kadr hazırlığı və rəqəmsal bacarıqların inkişafındakı rolu xüsusi vurğulanıb. Bildirilib ki, Akademiya süni intellekt üzrə bilik və bacarıqların genişləndirilməsi, mütəxəssis hazırlığı və innovasiya ekosisteminin gücləndirilməsi baxımından mühüm platforma kimi fəaliyyət göstərir.

Eyni zamanda, müzakirələr zamanı “Azərbaycanın Süni İntellekt Strategiyası 2025–2028” çərçivəsində müəyyən edilmiş prioritetlər diqqətə çatdırılıb. Strategiya süni intellekt texnologiyalarının etik və təhlükəsiz tətbiqi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də bu sahədə insan resurslarının davamlı inkişafını əsas istiqamətlər kimi müəyyən edir.

Posted 
Feb 6, 2026
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All