Azərbaycan Mərkəzi Asiyada innovasiya sahəsində böyük irəliləyiş göstərib. “StartupBlink” platformasının 2025-ci il üçün açıqladığı reytinqə əsasən, ölkə Mərkəzi Asiya üzrə “Ən Böyük Qlobal İrəliləyiş” mükafatına layiq görülüb. Azərbaycanın innovasiya ekosistemi əvvəlki illərə nisbətən 6 pillə irəliləyib və bu kateqoriyada regionda ən yüksək göstəriciyə nail olub.
Mükafat Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) təqdim edilib. Hesabatda İRİA-nın fəaliyyəti sayəsində ölkədə innovasiya infrastrukturu və startap siyasətinin əhəmiyyətli dərəcədə inkişaf etdiyi, dayanıqlı startap ekosistemi quruculuğunda liderlik etdiyi vurğulanıb. “StartupBlink Startup Ecosystem Awards” hər il dərc olunur və 18 ölkədən 22 ekosistem, 40 fərqli parametr əsasında mükafatlandırılır.



