Bu gün Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumu işə başlayıb. Tədbir iki ölkə arasında media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və rəqəmsal mühitin çağırışlarına uyğun yeni yanaşmaların müəyyən olunması məqsədi daşıyır.

Forumun açılışında Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərlərə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxış edərək bildirib ki, dövlət başçılarının siyasi iradəsi nəticəsində münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. O, bu yaxınlığın media əməkdaşlığına da ciddi töhfələr verdiyini vurğulayıb.

Əhməd İsmayılov qeyd edib ki, rəqəmsal media mühitində yeni texnologiyaların tətbiqi, jurnalistikada peşəkar standartların qorunması və dezinformasiyaya qarşı birgə mübarizə sahəsində əməkdaşlıq hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu forum təcrübə və bilik mübadiləsi baxımından mühüm platforma rolunu oynayır.

Bakıda II Azərbaycan–Özbəkistan Media Forumu keçirilir

Bakıda II Azərbaycan–Özbəkistan Media Forumu KEÇİRİLDİ - FOTO/VİDEO - Yeni  Çağ

Daha sonra Özbəkistan Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov çıxış edib. O, qardaş ölkələr arasında informasiya mübadiləsinin intensivləşdirilməsinin vacibliyini vurğulayıb, dezinformasiyaya qarşı birgə strategiyaların formalaşdırılmasının və regional informasiya təhlükəsizliyinin gücləndirilməsinin prioritet istiqamətlərdən olduğunu bildirib.

Forum çərçivəsində Azərbaycan və Özbəkistan media nümayəndələrinin panel müzakirələri, rəqəmsal transformasiya tendensiyalarına dair təqdimatlar, həmçinin ikitərəfli əməkdaşlıq perspektivlərinə həsr olunmuş sessiyalar nəzərdə tutulur.

Posted 
Sep 30, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All