Astana şəhərində Qazaxıstanın nəqliyyat naziri Nurkan Sauranbayev və Prezidentin müşaviri Asel Janasova ilə keçirilən görüşlərdə innovasiya, rəqəmsallaşma və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Səfər çərçivəsində nümayəndə heyəti “Astana Hub” innovasiya mərkəzinin fəaliyyəti ilə tanış olub. Mərkəzdə İKT sahəsində mütəxəssislərin hazırlanması, startapların inkişafı və rəqəmsal ekosistemin gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Görüş zamanı rəqəmsal inkişaf sahəsində təcrübə mübadiləsi və birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Qazaxıstanın Baş nazirinin müavini – rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev ilə keçirilən görüşdə isə rəqəmsal hökumət həlləri, süni intellekt, kibertəhlükəsizlik və kosmik texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Posted 
Oct 21, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All