Yeni razılaşmaya əsasən, Azərbaycan və Türkiyə avtomobillərinin dövlət nömrə nişanları qarşılıqlı olaraq avtomatik tanınacaq. Bunu "Report"a açıqlamasında Türkiyə Sığorta Birliyinin baş katibi Özgür Obalı bildirib. Bu sistem sayəsində Türkiyə nömrəli avtomobillər Azərbaycanda və Azərbaycan nömrəli avtomobillər Türkiyədə sürətli şəkildə identifikasiya olunacaq.
Yeni mexanizm saxtakarlıq hallarının azaldılmasına yönəlib. Avtomobilin nömrəsi vasitəsilə məlumatların avtomatik yoxlanılması ilə qanunsuz fəaliyyətlərin aşkarlanması asanlaşacaq.
Qəza hallarında, avtomobilin nömrəsinin avtomatik tanınması sığorta proseslərinin daha tez həyata keçirilməsinə imkan yaradacaq. Bu, həm sürücülər üçün rahatlıq, həm də sığorta şirkətləri üçün effektivlik təmin edəcək. İki ölkənin icbari sığorta büroları arasında imzalanmış razılaşma çərçivəsində qurulan bu sistem, hər iki tərəfdəki rəqəmsal infrastrukturla inteqrasiya olunacaq. Sürücülərin əlavə prosedurlarla məşğul olmadan avtomobilləri sərhədi keçərkən avtomatik tanınması planlaşdırılır.

Posted 
Oct 29, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All