Azərbaycanda xarici vətəndaşlar üçün yeni süni intellekt platforması hazırlanır.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi-nin icraçı direktoru Fariz Cəfərov bildirib ki, 2026-cı ildə xarici ölkələrdən Azərbaycana gələn şəxslər üçün nəzərdə tutulan yeni süni intellekt həlli yaradılacaq.

Onun sözlərinə görə, platformanın əsas məqsədi ölkəyə gələn əcnəbilərin informasiya əldə etmə prosesini sadələşdirmək və dövlət xidmətlərinə çıxışı daha operativ etməkdir. Yeni sistem vasitəsilə istifadəçilər yaşayış icazəsi, iş qurmaq imkanları, karyera və əmək fəaliyyəti, eləcə də müxtəlif dövlət qurumlarına müraciət qaydaları ilə bağlı suallarına qısa müddətdə cavab ala biləcəklər.

Planlaşdırılan həll vahid rəqəmsal platforma prinsipi əsasında işləyəcək və istifadəçilərə fərdiləşdirilmiş məlumat təqdim edəcək. Məqsəd müxtəlif qurumların təqdim etdiyi məlumatları bir mərkəzdə toplamaq və süni intellekt vasitəsilə daha aydın, strukturlaşdırılmış formada çatdırmaqdır.

Posted 
Feb 18, 2026
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All