2025-ci ilin dekabrında Azərbaycanda telekommunikasiya bazarında mühüm struktur dəyişiklikləri baş verib. Məlumata görə, “Rahat Telecom” və “SN Telecom” MMC-ləri “AG Telekom” MMC-yə qoşularaq ləğv olunur — nəticədə “AG Telekom” hüquqi varis kimi fəaliyyətini davam etdirəcək.
Bu birləşmə nəticəsində “AG Telekom” üç şirkətin resurslarını, bazar paylarını və abunəçi bazasını birləşdirərək daha güclü rəqəmsal xidmət təminatçısına çevriləcək.
“Rahat Telecom” MMC 2017-ci ildə qeydiyyata alınıb. Bu şirkət fiber optik internet, SIP-telefoniya və rəqəmsal televiziya (IPTV) xidmətləri göstərir, korporativ və fərdi abunəçilərə xidmət edir. “SN Telecom” MMC , ayrıca olaraq “SNTV” brendi ilə tanınan şirkət — xüsusilə Sumqayıt şəhərində fəaliyyət göstərib, kabel/rəqəmsal televiziyanın və internet xidmətlərinin təminatçısı olub.
Bu birləşmə ilə çirkətlər infrastruktur, texniki xidmət və idarəetmə vahid mərkəz ətrafında sistemləşdiriləcək — bu həm xərclərin optimallaşmasına, həm də xidmət keyfiyyətinin yüksəlməsinə yol aça bilər.



