Artan rəqəmsal infrastruktur tələbatını qarşılamaq məqsədilə “AzInTelekom” bu il iki yeni data mərkəzinin tikintisinə başlayıb. Bu barədə kommersiya direktoru Fərrux Fərəcullayev Fintex Forumunda məlumat verib.

O bildirib ki, Abşeronda yerləşəcək data mərkəzinin tikintisi 2027-ci ilə qədər başa çatdırılacaq. Digər mərkəz isə Hacıqabulda inşa olunacaq və ümumilikdə bu layihələrin 2030-cu ilə qədər yekunlaşması planlaşdırılır.

Fərəcullayevin sözlərinə görə, sözügedən obyektlər regionda ən böyük data mərkəzləri olacaq və ölkənin rəqəmsal infrastrukturu üçün strateji əhəmiyyət daşıyır. Bu mərkəzlər internet xidmətlərinin və rəqəmsal xidmətlərin daha sürətli və dayanıqlı işləməsinə imkan yaradacaq. Tikintisi planlaşdırılan data mərkəzləri həm dövlət, həm də özəl sektora xidmət göstərəcək, bulud əsaslı xidmətlərin inkişafına dəstək olacaq və ölkədə informasiya texnologiyaları ekosisteminin gücləndirilməsinə töhfə verəcək.

Posted 
Oct 10, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All