Azərbaycanda insidentlərin koordinasiyalı idarə olunması üçün vahid kibertəhlükəsizlik platforması yaradılır.
Prezident İlham Əliyev tərəfindən təsdiqlənən 2026–2028 Rəqəmsal İnkişaf Planına əsasən, ölkədə insidentlərin koordinasiyalı idarə olunması üçün vahid kibertəhlükəsizlik platforması yaradılacaq.
Layihə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər qurumların iştirakı ilə 2026-cı ilin dekabrına qədər həyata keçiriləcək. Platforma dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında kibertəhlükəsizlik üzrə koordinasiyanı gücləndirəcək.



