"

Ookla"a (speedtest.com) testlərinə görə ölkənin ən sürətli mobil şəbəkəsi məlum oldu. Test nəticələrinə görə Azərbaycanın ən yüksək ortalama endirmə (download) sürəti 41.85 Mbps, yükləmə (upload) sürəti isə 13.19 Mbps-dır.

Bu nəticələr, dünyanın ən məşhur sürət test platforması "Ookla" (speedtest.com) saytı tərəfindən təmin edilib. Belə ki, testin nəticələrinə görə Azərbaycanın ən yüksək ortalama endirmə (download) sürəti 41.85 Mbps, yükləmə (upload) sürəti isə 13.19 Mbps-dır.

Ən sürətli mobil şəbəkə!


Bu nəticələr azərbaycanın ən sürətli mobil şəbəkəsi olan "Bakcell"ə məxsusdur. Belə ki, 2021-ci ilin 1-ci və 2-ci rüblərində ölkənin ən sürətli olan "Bakcell" bu uğurunu sosial media hesablarında hazırladığı xüsusi video ilə qeyd edib. Videonun giriş səhnələri Qarabağın Cıdır düzü bölgəsində çapar qadınla başlayır. Milli dəyərləri də özündə əks etdirən bu videoda daha sonradan fərqli-fərqli sahələrdə məşğul olan istifadəçiləri görürük. Adı çəkilən video çarxı aşağıdan izləyə bilərsiniz.


Bəs digər mobil şəbəkələrdə vəziyyət nə yerdədir?


"Ookla"nın paylaşdığı statistik məlumatlara əsasən 41.85 bal ilə 1-ci yerdə "Bakcell", onun ardınca 37.10 bal ilə "Nar", ardınca da ən aşağı nəticə ilə 36.35 bal ilə "Azərcell" mobil şəbəkəsi gəlir.

Azərbaycanda ən çox testin edildiyi cihaz "Redmi Note 8"dir!


Statistikaya görə 2021-ci ilin birinci və ikinci rüblərində ən çox Redmi Note 8 smartfonu (1058 cihaz ) sürət testlərində iştirak edib. 2ci yerdə isə 993 cihaz ilə "iPhone X" smartfonu qərarlaşıb!

Daha ətraflı statistik məlumatlar üçünsə buraya klik edə bilərsiniz.

Bəs siz bu nəticələr haqqında nə düşünürsünüz?
Sizin fikrinizcə ölkədə ən yaxşı internet xidmətini verən mobil şəbəkəsi hansıdır?
Posted 
Nov 17, 2021
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All