Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb.
Azərbaycanın mobil operatorlarından biri olan Bakcell MMC-nin baş icraçı direktoru Klaus Müller 14 aprel 2026-cı il tarixində vəzifəsindən ayrıldığını açıqlayıb. Şirkətin məlumatına görə, Müller bu qərarı uzunmüddətli karyerasını başa vuraraq təqaüdə çıxmaq məqsədilə verib.
30 ildən artıq beynəlxalq təcrübəyə malik olan Müller Bakcell-də fəaliyyəti dövründə şirkətin strateji inkişaf istiqamətlərinin formalaşdırılmasında mühüm rol oynayıb. Onun rəhbərliyi altında şirkət rəqəmsal transformasiya mərhələsinə keçid edib, xüsusilə süni intellekt əsaslı həllərin tətbiqi genişləndirilib və innovativ xidmətlərin sayı artırılıb.
Eyni zamanda, Bakcell-in xidmət portfeli bu dövrdə əhəmiyyətli şəkildə genişləndirilib. Müştəri təcrübəsinin yaxşılaşdırılması, yeni rəqəmsal məhsulların təqdim olunması və texnoloji infrastrukturun gücləndirilməsi şirkətin əsas prioritetləri arasında yer alıb.



