Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Bakı metrosu dekabrda 21 milyondan çox sərnişin daşıyıb

Baku Metro - Wikipedia

2023-cü ilin dekabr ayında "Bakı Metropoliteni" QSC 21 milyon 249 min 687 sərnişin daşıyıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib. Məlumata görə, bu, orta statistik hesabla gün ərzində 685 min 474 sərnişin deməkdir. Ay ərzindəki iş günlərində isə orta statistik hesabla 763 min 390 sərnişin metropolitenə daxil olub.

“Google Chrome” artıq avtomobillərdə istifadə oluna biləcək

Google Destekli Otomobillere Google Chrome Geliyor!

“Google” CES 2024 sərgisində bir sıra elanlar etdi. Təqdim olunan yeniliklərdən biri də “Google Chrome”un avtomobillər üçün də istifadə oluna bilməsi olub. Şirkət bildirib ki, bu, ilk olaraq “Volvo” “Polestar” avtomobillərinə beta proqramının bir hissəsi kimi gələcək. Xüsusiyyətin bu ilin sonunda daha çox avtomobil üçün əlçatan olacağı qeyd olunub.

Dünyanın ilk elektrikli xizəyi “Skwheel One” təqdim olunub

Bu yeni model təkərləri sayəsində təkcə hamar deyil, həm də çətin yollarda rahat hərəkət edə bilir. Məhsulun gecə istifadəsi üçün ön və arxa tərəflərində LED işıqlar quraşdırılıb. 2600 dollara bazara çıxarılacağı açıqlanan məhsul, tərtibatçı tərəfindən dünyanın ilk elektrikli xizəyi olaraq adlanır.

"Humane" AI Pin tədarükündən əvvəl işçilərin 4 %-ni işdən çıxarır

An image of the Humane AI Pin on a light colored sweatshirt

Keçmiş “Apple” rəhbərləri tərəfindən qurulan “Humane” şirkəti tezliklə üzərində işlədikləri Humane AI Pin üçün tədarüklərə başlayacaq. Bildirilib ki, şirkət bu həftə işçilərin 4 faizini işdən çıxarıb. Bunun xərcləri azaltmaq üçün bir tədbir olaraq edildiyi deyilib. Bundan əlavə, rəsmi açıqlamaya görə, Humane AI Pin üçün indiyə qədər edilən bütün sifarişlər 2024-cü ilin mart ayında göndəriləcək.

"Twitch" daha 500 işçi ilə yollarını ayıracaq

Twitch headquarters in San Francisco, California.

"Twitch" bu axşam yenidən bir çox işçinin işdən çıxarılacağını açıqlayıb. Verilən açıqlamaya görə, “Twitch” daha 500 işçisi ilə yollarını ayıracaq. Şirkət əvvəlki işdən çıxarma halları üçün belə bir açıqlama vermişdi:

"Biz bu məsuliyyəti çox ciddi qəbul edirik və sizə davamlı dəstəyi təmin etmək üçün çox çətin qərarlar qəbul etməli oluruq. Bu gün biz işçilərimizlə kədərlə xəbəri paylaşdıq. Heyətimizin sayını azaltdıq və 400-ə yaxın dostumuzla yollarımızı ayırmalı olduq".

"Sony" yeni VR eynəklərini təqdim edib

Sony Yeni Akıllı Sanal Gerçeklik Başlığını Tanıttı!

Şirkət CES 2024 sərgisində yeni virtual reallıq eynəklərini təqdim edib. Virtual reallıq eynəyi Snapdragon XR2+ Gen 2 prosessoru və 4K OLED ekranla təchiz olunub. Bu eynək “PlayStation VR” kimi sistemlərdən fərqli olaraq oyunçular üçün istehsal edilməyib. “Sony”nin CEO-su Kenichiro Yoshida bildirib ki, bu yeni VR eynəkləri 3D mühitində işləməli olan peşəkarlar üçün hazırlanıb.

Posted 
Jan 10, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All