B

akıda anadan olan jurnalist, ABŞ-da "özündən Amerika çıxarır"!  - Nərmin Zeynallı

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

-Jurnalist ailəsində böyüdüyüm üçün araşdırmaq, soruşmaq, öyrənmək həm genetik koduma yerləşib, həm də uşaqlıqdan əhatələndiyim mühitdən ilhamlanmışam.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

-Azərbaycanda qadın olaraq hər hansı vəzifəyə yüksələrkən maneələrlə qarşılaşmamaq təəssüf ki, mümkün deyil. Xaricdə təhsil almaqdan tutmuş, azad qərar verə bilməyə kimi, bir çox atdığım addım cəmiyyət mühakiməsi, qohumlar tərəfindən təzyiqə səbəb olub. Maneələri dırnaqlarımla qazaraq, yox etməli olmuşam. Öz həyatımla bağlı sərbəst qərar verə biləcəyimi insanlara sübut edə bilmək üçün atdığım kiçik addımlar məni təsadüfən buralara gətirib çıxarıb.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

-Əsas ilham mənbəyim ədəbiyyat və kitablardır. Daha sonra insanlardan ilhamlanıram. Xüsusilə Nyu York insanlarından. Bu gün bu qədər mübariz və müstəqil olmağımın əsas səbəbi isə anamdır.

Qadınlara məsləhətiniz

-Özünüzü maarifləndirin. Bilik,savad, mütaliə həyatınızı dəyişəcək. Amma sadəcə oxumaq da bəs etməyəcək, analitik zəkanızı inkişaf etdirəcək fəaliyyətlər, fikir formalaşdıra bilmə qabiliyəti qazanmaq çox önəmlidir. Podkastlar dinləyin, filmlər izləyin. Fikrinizi bildirməkdən çəkinməyin. Sizin fikriniz önəmlidir. Siz önəmlisiniz. Bir də uğur əldə etdikcə, digər qadınlara dəstək olmağı unutmayın. Çünki bir zamanlar sizin də dəstəyə ehtiyacınız var idi.
Qadınların bu və daha çox uğur hekayəsi üçün Code Academy-nin
qadınalayiq.com saytına keçid edə bilərsiniz.
#2

Azərbaycanlı xanım, Bakıdan sonra indi də Avropada qan edir! - Gülçin Tukuk

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

-Universitet dövründə təcrübə proqramlarını saymasaq, professional karyerama marketinqlə başlamışam. Qafqaz universitetində oxuduğum zaman, eləcə də MBA zamanı mənə ən maraqlı gələn fənn məhz marketinq idi. Bundan başqa, bir çox insanlardan fərqli olaraq gizli təbliğatlar nəzərimi tez cəlb edir və marketoloqların hiylələri məni heyran edirdi. Beləliklə də özümü marketinqdə tapdım. Karyeramın müxtəlif məqamlarında başqa sahələr də diqqətimi çəkib və bəzi dövrlərdə sahəmi dəyişib, daha dəqiq sahələrə yönəlmək istəmişəm. Lakin nəticə olaraq marketinqlə davam etmişəm.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

-Bu vəzifəyə yüksələnə kimi müxtəlif maneələrlə rastlaşmışam. İlk illərdə, heç kim təcrübəsi olmayan əməkdaşla işləmək istəmir. İxtisaslı kadrlar yaxşı ya pis bir iş tapıb başlayırlar. Bəxtiniz gətirmədikdə qeyri-professional komandanın arasına düşürsünüz və bəzi hallarda ruh düşkünlüyü, bəzi hallarda da deqradasiya ilə üzləşirsiniz. Mənim qarşılaşdığım maneələr müxtəlif idi, marketinqin işə götürən tərəfindən düzgün anlaşılmamasından başlayaraq, büdcənin ayrılmamasına, fırıldaqçı işəgötürənlərlə hesablaşmağa qədər. Lakin həyatda hər şeyin bir səbəbi var və əsas olan geri dönməməkdir.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

-Bir qadın kimi məni ilhamlandıran daha çox uğurlu digər qadınlardır. Ən böyük şansım isə doğulduğum ailədir. Çünki mənim ailəm dövrün bir çoxlarından fərqli olaraq müasir düşüncəlidir və məni  o dövr üçün qeyri-adi olan bir qərarla ABŞ-a oxumağa göndərdilər. Mənim təhsil haqqımı ödəmək üçün anam bir il ödənişsiz çalışıb. O mənim üçün əsl ilham mənbəyidir. Sevimli həyat yoldaşı, müdrik ana,uğurlu karyera xanımı və möhtəşəm aşpaz :) Anamdan sonra ilham mənbəyi kimi baxdığım bir çox qadınlar da var. O demək deyil ki, onlar hamısı uğurlu karyeraya sahibdilər. Amma hamısı hansısa bir sahədə çox uğurludurlar.

Qadınlara məsləhətiniz

-Qadınlara məsləhət verə biləcəyim nöqtədə olduğumu düşünmürəm, gənc qızlarımızla aşağıdakı təcrübəmi bölüşə bilərəm. Dünya düşündüyünüzdən daha böyükdür və imkanları sonsuzdur. Özünüzü bir insana, bir şəhərə, bir ölkəyə limitləməyin. Arzulamaqdan çəkinməyin və imkanlarınızı özünüz yaradın.
Qadınların bu və daha çox uğur hekayəsi üçün Code Academy-nin
qadınalayiq.com saytına keçid edə bilərsiniz.
#3

Sözübıçaq kimi kəskin olan xanım kimdir? - XəyaləMəmmədova

 

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

-Şəkidə təhsil almağıma baxmayaraq, məktəbi bitirdikdən dərhal sonra Bakıya gəlib, müxtəlif istiqamətlərdə özümü yoxlamışam. İşim daha çox reklam və marketinq üzrə olsa da, bir müddət sonra bunu spesifikləşdirmişəm və influnser marketinq sahəsində işləməyə başlamışam. Bakıda bir neçə qlobal marka və qlobal brendlə bu sahə hələ yeni iyarananda, influnser marketinq işi görmüşəm. Nəticədə isə artıq öz influnser platformamı yaradıb, ölkənin ən böyük şirkətləriylə əməkdaşlıq edirəm.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

-Bu yolda çox çətinliklərlə qarşılaşmışam. Xüsusən ölkə və dünya üçün yeni sahədə olduğumuzu nəzərə alaraq, ilk başda bu işi insanlara başa salmaq, onları bu sahəyə inandırmaq çətin olurdu.  Bundan əlavə “qadınlar bacarmaz”, “qadınla iş görməzlər” kimi çox şey eşitmişəm. Lakin prosesdə bütün bunları aşmağın və öz xeyrimə çevirməyin mümkünlüyünü də görmüşəm.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

-Ətrafımdakı qadınların uğur hekayələri məni çox ilhamlandırır. İnsan həmcinslərinin bacardığını gördükdə, özünə daha da çox inanır. Bundan əlavə başlayanda heç ağlıma da gəlməzdi ki,Türkiyə, Qazaxıstan kimi fərqli ölkələrdən, fərqli böyük şirkətlərlə işbirliyi edə bilərəm. Bu uğurlarım məni daha da ilhamlandırır və daha çox çalışmama səbəbolur.

Qadınlara məsləhətiniz

-Əslində əsas tövsiyəm odur ki,özlərinə güvənsinlər və başlasınlar. Çünki işə başladıqdan sonra gerisi gəlir.Təbii ki, maneə və çətinliklər daha da artır, amma bununla bərabər maddi və mənəvi olaraq insanın qazandıqları, təcrübəsi də artır. Bir də mənfi heç bir reaksiyaya, hadisəyə qulaq asmasınlar. Bu onları ruhdan sala bilər. Qadınlar isə qətiyyən ruhdan düşməməlidir!
Qadınların bu və daha çox uğur hekayəsi üçün Code Academy-nin
qadınalayiq.com saytına keçid edə bilərsiniz.
#4

Başını aşağı salıb, işini görməyən qadın Avropada hansı vəzifəyə yüksəldi? - Könül Həsənova

Bu işə necə başlamısınız,necə qərar vermisiniz?

-İqtisadiyyat universitetindən məzun olana yaxın artıq dəqiq bilirdim ki, marketinq sahəsi üzrə işləmək istəyirəm. Məzun olduqdan sonra iş axtararkən dostlarımdan biri Code Academy-də proqram məsləhətçisi vakansiyasının olduğunu bildirdi. Təbii ki, mənim axtardığım iş bu deyildi ancaq akademiya haqqında araşdırdıqda məlum oldu ki, biznes sahəsi və ümumilikdə oradakı mühit tam da mənim axtardığım yerdir. İşə qəbul olduqdan sonra satış sahəsinin incəlikləri və ona bağlı olaraq marketinq fəaliyyətləri ilə praktiki tanış oldum. Bununla bərabər təhsil də almaq qərarına gəldim və dərsə qoşulduqdan qısa müddət sonra beynəlxalq sertifikat əldə edərək elə akademiyada digital marketinq mütəxəssisi olaraq karyerama davam etdim. Bu mənim sahə üzrə ilk professional iş təcrübəmin başladığı addım oldu.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

-Yeganə maneə özümüzük. Əgər biz bir az əziyyətə qatlanıb, lazım olan bilik və bacarıqları əldə etsək, o zaman deyinməyə yer qalmayacaq. Mənim yanaşmama siz günlərinizi, enerjinizi bəzən fiziki və mental sağlamlığınızı belə bir işə və ya təhsilə qoyursunuzsa, mütləq ki, axırda onun bəhrəsini görəcəksiniz. Bunun üçün komfort zonanızdan çıxmağa hazır olmalısınız. Yəni, hədəfə çatmaq üçün oxumaq, sahəyə uyğun təcrübəyə yiyələnmək və bunları edərkən prosesdən zövq almaq sizin özünüz üçün yaratdığınız süni maneələri dəf edəcək.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

-İlham mənbəyim uğur əldə etmək üçün özümlə olan yarışım və keçdiyim yoldur. Nə zaman geriyə baxsam və indiki hədəflərim, qazandıqlarım ilə müqayisə etsəm, o zaman özüm özümdən ilham alıram. Çünki hər kəsin individual bir hekayəsi var və digərləri ilə özümü müqayisə edərkən daha çox ruhdan düşdüyümü gördüm. Bunu dərk etdiyim andan etibarən ilham mənbəyim elə məhz özüməm.

Qadınlara məsləhətiniz

-Şəxsi təcrübəmə əsasən deyərdim ki, sadəcə reaktiv olmaq bəzən sizin yerinizdə addımlamağınıza səbəb olacaq. Əgər həqiqətən də yüksəlmək və inkişaf etmək istəyirsinizsə, o zaman proaktiv əhvali-ruhiyyəyə keçməyinizi tövsiyə edərdim. Fürsətləri daim izləyin və onları əldən verməyin.
Qadınların bu və daha çox uğur hekayəsi üçün Code Academy-nin
qadınalayiq.com saytına keçid edə bilərsiniz.
#5

Şiddətli uğurlara məruz qalan qadının inanılmaz hekayəsi. - Səbinə Pərvizi

 

Bu işə necə başlamısınız, necəqərar vermisiniz?

-İllər boyu marketinq sahəsində işləmişəm. "HP", "Microsoft" kimi nəhəng şirkətlərdə marketinq işlərinə cavabdeh idim. Və artıq marketinq mənim təkcə seçdiyim peşə yox, həyatımın bir parçası olub. Korporativ mühitdə 15 ildən sonra öz biznesimi açmaq qərarına gəldim və əmin idim ki, bu, mənim ən sevimli işimlə bağlı olmalıdır. İngiliscə “passion” sözü var və mən bütün işlərimə həmin bu "passion"la yanaşıram.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

-Ən böyük maneə ümumi vəziyyətidir. Şirkətimi pandemiyadan düz 4 ay öncə açmışam. O vaxt heç kim bilmirdi ki,başına nə gələ bilər. Amma pandemiya başlayanda biz ruhdan düşmədik və bu cür böhrana yeni imkanların açılması kimi baxdıq. Əsas maneə isə cəmiyyətimizdə hələ də olan stereotiplərdir. “Xanım bunu bacarmaz”, “ bu iş xanım üçün deyil”, “xanım evdə oturmalıdır” kimi bir çox stereotiplərlə qarşılaşmışam. İndiyə qədər işgüzar mühitdə seksizm də baş verir. Bəzi kişilər özlərini qadınlardan daha ağıllı hiss edərək, qadınlara karyera irəliləməsində maneə yaradırlar.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

-Mən əsasən layihələrim və işlərim ilhamlandırır. Uşaqlarımın mənim nailiyyətlərimlə qürurlandığını görmək, uğurlu biznesmenlərin hekayələri, yanımda eyni istiqamətdə fikirləşən insanların olmağı və ən əsası xəyallarım mənim ilham qaynağımdır.

Qadınlara məsləhətiniz

-Hər zaman özünüzə inanın, pozitiv düşünün, yenilikləri öyrənin və sevdiyiniz işlə məşğul olun! Bu amillər sayəsində bütün çətinliklərin öhdəsindən gələcək, arzularınızı, xəyallarınızı gerçəyə çevirəcək, uğurlu və xoşbəxt olacaqsınız.
Qadınların bu və daha çox uğur hekayəsi üçün Code Academy-nin
qadınalayiq.com saytına keçid edə bilərsiniz.
#6

Sözə qulaq asmadı deyə hər kəs onun sözünə qulaq asır! - Fidan Nizamova

 Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

-Gənc yaşlarımdan psixoloq olmağa qərar verdiyimi bildirəndə ailəm tərəfindən çox da xoş qarşılanmadı. Busəbəbdən 8 ilə yaxın bank sahəsində çalışdım, ancaq paralel olaraq da psixologiya elmini öyrənib araşdırdım. Yalnız ailə qurduqdan sonra ikinci ali təhsilimi alıb, psixologiya fakültəsində oxuya bildim. Daha sonra pasiyentləri qəbul edə bilmək üçün öz ofisimi yaratdım, hal-hazırda həm sosial şəbəkələrdə maarifləndirici kontent hazırlayıram, həm seminar və təlimlərə dəvət olunuram, həm də özüm təlimlər təşkil edirəm.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

-Ən böyük maneə təbii ki, ilk zamanlarda insanların bu peşəni anlamaması idi, psixologiyanı elm olaraq tanımırdılar. Digər məqam isə dəstəyin olmaması idi, bəzən "səndən psixoloq olar?" deyənlər, bəzən isə " gecikmisən, ikinci təhsil alıb işləyə bilməzsən" kimi sözlər insanı çox həvəsdən salırdı, lakin indi bu iradları bildirən bir çox insan psixoloji yardım etdiyim insanlardır.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

-Məni öz uğurlarım və ətrafdan dəstək ilhamlandırır, kimlərinsə həyatına toxuna bilmək, öz və ailəmin gələcəyi üçün çalışmaq, onların mənimlə qürur duyması – bütün bu məqamlar məni daha da motivasiya edir.

Qadınlara məsləhətiniz

-Mənəvi güclü olun amma kişiləri əzmək üçün deyil. Uğurlu deyil, xoşbəxt olmağa çalışın. Unutmayın,övladlarınıza örnəksiniz. Onlar sizin dediklərinizlə deyil, onlara hiss etdirdiklərinizlə bu həyata davam edəcəklər.
Qadınların bu və daha çox uğur hekayəsi üçün Code Academy-nin
qadınalayiq.com saytına keçid edə bilərsiniz.
#7

Söz-söhbətgəzir ki, Avropada bir azərbaycanlı qadın önəmli vəzifəyə yüksəlib. - Çinarə Musayeva

 Bu işə necə başlamısınız, necəqərar vermisiniz?

-Mən həmişə riyaziyyatı çox sevmişəm və ixtisasımı seçərkən də karyeramı riyaziyyatın tətbiqi üzrə davam etdirmək istəmişəm. Deyə bilərəm ki, hal-hazırda çalışdığım sahədə mən buna nail olmuşam və hər gün data elmləri üzrə yeni araşdırmalar edərək biliklərimi artırıram.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

-Bir qadın olaraq texniki sahə üzrə çalışarkən, bəzən təəssüflər olsun ki, əks cinsin üzvlərinə daha çox üstünlük verilir və gender bərabərsizliyi ilə qarşılaşmış olursan. Düşünürəmki, qadınlarımızın bu sahəyə daha çox yönəlməsi ilə bu kimi maneələr aradan qalxacaq və biz texniki sahələrdə daha çox qadın görəcəyik.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

-Daim inkişaf etmək istəyi, və həmişə öyrənməyə hazır olmaq məni bu yolda çox inkişaf etdirib. Bununla bərabər müstəqil olmaq, ayaqlarımın üstündə dura bilmək, komfort zonamdan çıxmaqdan qorxmamaq məni ilhamlandıran məqamlardandır.

Qadınlara məsləhətiniz

-Qadınlara ən birinci məsləhətim daim üzərlərində çalışmaqları və heç bir maneənin iş həyatlarına təsir etməyinə icazə verməmələridir. Hər zaman özlərinə inansınlar və digər insanların fikirləri ilə hərəkət etməkdən çəkinsinlər. Hər gün yeni biliklər əldə etsinlər, komfort zonadan çıxmaqdan çəkinməsinlər və çətinliklərdən qorxmasınlar.
Qadınların bu və daha çox uğur hekayəsi üçün Code Academy-nin
qadınalayiq.com saytına keçid edə bilərsiniz.

Posted 
Mar 8, 2023
 in 
Müsahibələr
 category

Daha çox

Müsahibələr

 kateqoriyasından

View All