Bakıda bu il ilk dəfə “StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu” baş tutacaq. Tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və StrategEast təşkilatının tərəfdaşlığı ilə 4–5 noyabr 2025-ci il tarixlərində keçiriləcək.

Forumun məqsədi — Avrasiya regionunda dövlət strukturları və texnologiya sektorunun birgə inkişafını təşviq etmək, süni intellekt əsrində qarşıya çıxan yeni çağırışlar və imkanlar barədə dialoq platforması yaratmaqdır.

“Süni zəka ilə dəyişən dünya” mövzusu

Budəfəki tədbir “Süni zəka ilə dəyişən dünya” mövzusu altında keçiriləcək. Forum zamanı süni intellektin qlobal miqyasda, xüsusilə də Avrasiya regionu ölkələrinin iqtisadiyyatına və idarəetmə sistemlərinə təsiri, onun etika və məsuliyyət çərçivəsində istifadəsi kimi mövzular müzakirə ediləcək.

Panel müzakirələrdə və təqdimatlarda ABŞ, Avropa Birliyi, Körfəz ölkələri, Mərkəzi Asiya və Qafqaz regionundan gələn 200-ə yaxın ekspert və texnologiya lideri iştirak edəcək.

Posted 
Nov 4, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All