Banklar üçün kart ödənişlərində komissiyalara yeni limit 1.5%-ə qədər olacaq.

Azərbaycan Mərkəzi Bankının qərarı ilə ölkə daxilində kart əməliyyatlarında tətbiq olunan interçeyncin (banklararası xidmət haqqı) yuxarı həddi 1.5% ilə məhdudlaşdırılıb. Bəzi sahələrdə bu limit daha aşağı müəyyən edilib: market və apteklərdə 1.25%, yanacaqdoldurma məntəqələrində isə 0.75%.
Qərar 1 iyundan qüvvəyə minir və əsasən banklar və bizneslərə birbaşa təsir edəcək. Ekspertlər bildirir ki, bu dəyişiklik dolayı yolla müştəri keşbeklərinə də təsir edə bilər və gələcəkdə bəzi sahələrdə keşbek faizlərinin azalması mümkündür.

Posted 
Apr 13, 2026
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All