Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, “AccessBank” QSC-nin təşkilatçılığı və “Visa”nın dəstəyi ilə növbəti dəfə “Bizdən Biznesə” startap müsabiqəsinə start verilib. Layihə sahibkarları və startapları innovativ ideyalarını reallaşdırmağa ruhlandırmağı, onlara maliyyə və mentor dəstəyi təqdim etməklə sahibkarlıq ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir.

Müsabiqə innovasiya, sosial təsir və davamlı inkişaf prinsipləri əsasında qiymətləndiriləcək. İştirakçılar 15 oktyabr – 15 noyabr 2025 tarixləri arasında müraciət edə bilərlər.

Proqram çərçivəsində seçilən layihələr təqdimat mərhələsinə hazırlanacaq, finalda 10 layihə mübarizə aparacaq. Qaliblər 22 dekabr 2025 tarixində keçiriləcək mərasimdə elan ediləcək.

Ümumi mükafat fondu 75 000 AZN təşkil edir: birinci yerin qalibi 25 000 AZN, ikinci yer 20 000 AZN, üçüncü yer isə 15 000 AZN mükafat qazanacaq. “Visa” tərəfindən seçilən xüsusi layihəyə əlavə olaraq 15 000 AZN mükafat veriləcək.

Qeyd edək ki, ötən il keçirilən “Bizdən Biznesə” müsabiqəsinin mükafat fondu 60 000 AZN idi. Bu il layihə daha geniş miqyasda və daha böyük dəstək paketi ilə həyata keçirilir.

Müraciət üçün daha ətraflı məlumat üçün linkə klikləyin.

Posted 
Oct 20, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All