Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Taxi insurance that goes the distance. GT Taxi Cover. - GT Insurance

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Azərbaycanda taksi sayına məhdudiyyət qoyulmasına dair məsələyə aydınlıq gətirib. Belə ki, müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər.

Bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər.

Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 2 dəfə azalıb

Domen | Com və Az domenləri Hostimul.com Saytında

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 23 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 111 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 82 % çoxdur. 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb.

Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb

Geri qaytarılmış ƏDV-nin məbləği açıqlandı | marja.az

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən aldığı mallara və göstərilən xidmətlərə görə ödədiyi ƏDV-nin 59,2 milyon manatı geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat paylaşıb. Məlumata görə, ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin “ƏDV geri al” layihəsi çərcivəsində qaytarılan həcmi yanvar-aprel aylarında 6,5 milyon manat təşkil edib.

“ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

ABŞ Huawei üçün yeni qaydaların yolda olduğunu bildirib

U.S. lawmakers vote to tighten restrictions on Huawei, ZTE | Reuters

ABŞ Ticarət Nazirliyi Huawei üçün yeni qaydaların yolda olduğunu bildirib. Məsələ ilə bağlı açıqlamasında Ticarət Nazirliyi Huawei-yə ixrac üçün verilmiş bəzi lisenziyaları ləğv etdiyini bildirib. Müvafiq olaraq, Intel və Qualcomm kimi Amerika çip istehsalçılarına Huawei-yə məhsul satması tamamilə qadağan edilib. Qeyd edək ki, bu qərara cavab olaraq Huawei hələlik heç bir cavab verməyib.

Tesla Robotaxi-nin sınaqdan keçiriləcəyi ölkə məlum olub

Avqustun 8-də təqdim olunacaq Tesla Robotaxi-nin hansı ölkələrdə satışa çıxarılacağı böyük maraq doğurur. Elon Musk keçən ay Çinə səfər edib və baş nazir Li Qiang ilə görüşüb. China Daily-nin xəbərinə görə, Tesla Çinin taksi xidmətlərində özünün tam avtonom idarəetmə sistemindən istifadə etməyi düşünür.

Posted 
May 8, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All