"

The Guardian” yazır ki, Nyu-York prokuroru S.Schwartz iş materiallarını hazırlamaq üçün “ChatGPT”yə güvənib, lakin süni intellekt tərəfindən yaradılan məzmun onun etibarını sarsıdıb. Nəticədə özü, digər vəkil ortağı və hüquq firması 5000 ABŞ dolları məbləğində cərimələniblər. Hakim isə bunları deyib: “Süni intellektdən istifadə etməkdə mahiyyət etibarilə tərs heç nə yoxdur, lakin hüquqşünaslar nəzarət hökmünü itirməməlidirlər”.

Explainer: Bard vs ChatGPT: What do we know about Google's AI chatbot? |  Reuters

“Tesla” avtomobillərinə simsiz adapterlər gəlir

Tesla said to be acquiring wireless charging company, Wiferion
Reuters. Tesla (TSLA)

“Tesla”nın simsiz yükləmə texnologiyası üzrə ixtisaslaşmış alman “Wiferion” şirkətini almaq üçün danışıqların getdiyi bildirilir. Qeyd edək ki, Frayburq şəhərində fəaliyyət göstərən şirkət 2016-cı ildə yaradılıb. Şirkət 2018-ci ildən elektromobillərinrobotlar üçün simsiz enerji doldurma bazalarının satışı ilə məşğuldur. Ehtimal olunur ki, “Wiferion” texnologiyalarına çıxışın əldə olunması vaxta qənaət etmək üçün nəzərdə tutulub.

“Titan” faciəsinə görə “Logitech”in səhmləri dəyər itirib

Why we're so invested in the missing Titanic submarine, according to  psychologists | The Independent
"Titan" sualtı qayığı

Sualtı qayıq “Logitech F710” kontrolleri ilə idarə olunurdu və bu məyusedici xəbər şirkətin səhmlərinin qiymətinin 3,6 % düşməsinə səbəb olub. Mürəkkəb mexanizmləri idarə etmək üçün belə kontrollerlərdən istifadə təkcə “OceanGate”ə xas olmayıb. Ondan, hətta ABŞ Hərbi Dəniz Qüvvələri də istifadə edir. Elon Musk-ın yeraltı nəqliyyat tunellərinin tikintisi üzrə ixtisaslaşan “The Boring Company” şirkəti də bu siyahıda yer alır.

YouTube “thumbnail” seçmə məsələsini xeyli asanlaşdırır

“YouTube” məzmun sahiblərinə 1 video üçün 3-dək “thumbnail” seçməyə və bunlardan hansının ən yaxşı performans göstərdiyini görmək üçün arxada test etməyə şərait yaradan “Test & Compare” adlı funksiyanı sınaqdan keçirməyə başlayıb. “YouTube”, adətən A/B testi kimi tanınan bu özəlliyin istifadəçilər tərəfindən "ən çox tələb olunan özəllik" olduğunu deyir. Videonun “thumbnail”i, görünür, izləyiciləri cəlb etməkdə mühüm alətdir, yəni onu mümkün qədər cəlbedici etmək önəmli hesab olunur.

A screenshot of YouTube’s Test & Compare feature.
"Test & Compare" funksiyasından ekran görüntüsü.

“TikTok”un Baş Əməliyyatlardan məsul işçisi (COO) istefa edib

V. Pappas, the COO of TikTok, has resigned | Mashable
The COO of TikTok. Foto: GettyImages

 “TikTok” COO-su V. Pappas 5 ildən sonra istefa verib. Pappas 8 il işlədiyi“YouTube”dan “TikTok”a keçmişdi. Cümə axşamı işçilərlə paylaşdığı imeyldə vəziyyəti izah edən V. Pappas bu yeni keçid dövründə şirkətdə məsləhətçi kimi fəaliyyət göstərəcəyini deyib. “TikTok” CEO-su Shou Chew “Disney”də 20 ildir çalışan Zenia Mucha-nın Brend və Kommunikasiya rəhbəri olacağını açıqlayıb. CPO Adam Presser isə əməliyyata cavabdehlik daşıyacaq.

“Google Search” yeni “Perspectives” filtrini təqdim etdi

Google Search Perspectives filter

“Google Search”ə yeni filtr əlavə olunub. Axtarış filtri olan bu özəllik forumlarda və sosial media platformalarında axtardığınız mövzu ilə bağlı şəxsi rəylər təqdim edəcək. Başqalarının təcrübələrindən yararlanaraq fikir əldə etməyə imkan verən funksiyada “TikTok”“Reddit”dəki məzmunları, həmçinin “YouTube” videolarını görəcəksiniz. Göstərilən hər bir məzmunun altında sahiblərinin adları, profil şəkilləri və ya populyarlığı haqqında məlumat olacaq. “Google”, həmçinin tezliklə şəxsi və ya ekspert nöqteyi-nəzərindən yaradılan məzmunu daha dərindən anlayan bir yeniləmədən də söz açıb.

Google Search Perspectives filter

 YouTube-da yeni “Playables” özəlliyi ilə oyun oynamaq mümkün olacaq

Who are the biggest news outlets on Youtube? - Press Gazette

“YouTube”un oyun funksiyası “Google” əməkdaşlarına göndərilən yeni imeyllə bilinib. Mühəndislərdən yeni xüsusiyyəti sınaqdan keçirmələri istənilib. Beləliklə, platformada onlayn oyun təcrübəsinin “Playables” olacağı məlum olub. Hələ işlənmə mərhələsində olan özəlliyin hazırda “Stack Bounce” arcade kateqoriyalı oyununu dəstəklədiyi bildirilib. Funksiyanın necə işləyəcəyi hələlik bəlli deyil. Oyunlara isə sayt və ya tətbiq üzərindən daxil olunacaq.

Posted 
Jun 24, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All