Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

PlayStation istifadəçilərinin sayı açıqlanıb

Image

"Sony" yeni dərc olunmuş hesabatında 49 milyon istifadəçinin PS5 və PS4-dən aktiv şəkildə istifadə etdiyini açıqlayıb. Aylıq 97 milyon PlayStation istifadəçisi olduğu da ifadə edilərək, bu rəqəmin yarısının hələ də PS4 istifadə etdiyi vurğulanıb.

PlayStation Plus abunəçiləri ilə bağlı paylaşılan məlumatlarda 2022-ci ildən 2023-cü ilə qədər faiz artımının olduğu bildirilir. Premium abunəçilərin sayı 17%-dən 19%-ə, əlavə yeni üzvlərin sayı isə 13%-dən 16%-ə yüksəlib.

ChatGPT-nin bəzi ödənişli xüsusiyyətləri hər kəs üçün əlçatan olub

"OpenAI" yalnız Plus istifadəçiləri üçün mövcud olan bəzi ChatGPT xüsusiyyətlərini dünəndən etibarən bütün istifadəçilər üçün əlçatan edib. Bunlara şəxsi GPT-lər, fayl yükləmə kimi bir sıra faydalı funksiyalar daxildir.

Mövcud xüsusiyyətlərin ən diqqət çəkəni isə GPT-lər olub. OpenAI-ın keçən ilin sonunda təqdim etdiyi bu xüsusiyyət istifadəçilərə yalnız müəyyən məqsədlərə xidmət edən fərdiləşdirilmiş çatbotlar yaratmağa imkan verir. Bu botlara “GPT” də deyilir. Digər xüsusiyyətlərə faylları yükləmək və çəkdiyiniz şəkillər haqqında söhbət etmək də daxildir.

WhatsApp-a yeni AI xüsusiyyəti gəlir

Qeyd olunub ki, WhatsApp istifadəçiləri tezliklə birbaşa süni intellekt vasitəsilə şəkillər yarada biləcəklər. Yeni funksiya WhatsApp-ın ən son beta versiyasında WABetaInfo tərəfindən aşkar edilib. Çəkilən skrinşota baxdığımızda görürük ki, söhbətdə + simvolunun yerləşdiyi bölməyə bu xüsusiyyət əlavə olunacaq. Xüsusiyyətin hər kəs üçün nə zaman aktiv olacağı isə hələlik məlum deyil.

Dünyanın ilk süni intellektli xəstəxanası açılıb!

The research team for Tsinghua's AI Agent Hospital Photo: Courtesy of team leader Liu Yang

Çində açılan dünyanın ilk süni intellekt xəstəxanası tamamilə süni intellektli həkimlər tərəfindən idarə olunaraq gündəlik 3 min xəstəyə xidmət göstərə biləcək.

Pekindəki Tsinghua Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış bu xəstəxana "Agent Xəstəxanası" adlanır. Xəstəxana 6 aylıq intensiv tədqiqat və inkişafdan sonra istifadəyə hazır hala gəlib. Tədqiqat qrupunun rəhbəri Liu Yang, bu süni intellekt xəstəxanasının həm səhiyyə işçiləri, həm də geniş ictimaiyyət üçün böyük faydalar təmin edəcəyini bildirir. Liunun sözlərinə görə, AI həkimləri sayəsində səhiyyə daha sürətli, daha effektiv və əlçatan olacaq.

Süni intellekt texnologiyası həm də əhali üçün yüksək keyfiyyətli, sərfəli və əlçatan səhiyyə xidmətləri göstərməyi hədəfləyir.

Google axtarış sistemi ilə bağlı həqiqətlər üzə çıxıb

Google | History & Facts; Products & Services

Google sızdırılmış 2500 daxili sənədin real olduğunu təsdiqləyib. Sənədlər Google-un topladığı məlumatlar haqqında mühüm məlumat verir.

Bu günə qədər Google bu sənədlərin həqiqiliyi ilə bağlı şərh verməkdən imtina edib. Bu sızma Google-un yaxından qorunan axtarış sıralama alqoritminə unikal, lakin hələ də qaranlıq bir baxış təqdim edir. SEO mütəxəssisləri Rand Fishkin və Mike King bu sənədləri təhlil edərək onların məzmununu ictimaiyyətə təqdim ediblər. Google sənədlərin həqiqiliyini etiraf etsə də, onların köhnəldiyini və ya natamam məlumatların olduğunu bildirib.

Posted 
May 30, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All