Disney-dən Seedance 2.0 üçün xəbərdarlıq.

ByteDance ABŞ studiyalarının, o cümlədən Disney-in hüquqi addım hədələrindən sonra Seedance 2.0 adlı süni intellektlə video yaradan alətində müəllif hüquqları ilə qorunan məzmunun icazəsiz istifadəsinin qarşısını almaq üçün tədbirlər görəcəyini açıqlayıb.

Disney bildirib ki, onun brendləri, personajları və aktyorlarının süni intellekt vasitəsilə icazəsiz şəkildə istifadəsi qanun pozuntusudur və belə hallara qarşı hüquqi yollara əl atıla bilər.

Keçən həftə istifadəyə verilən Seedance 2.0 ilə yaradılan, Tom Cruise və Brad Pitt kimi məşhurların yer aldığı videolar Çində sürətlə yayılıb. Model az sayda göstərişlə kinoya bənzər səhnələr yarada bilməsi ilə diqqət çəkir.

Posted 
Feb 16, 2026
 in 
Biznes
 category

Daha çox

Biznes

 kateqoriyasından

View All