D
uolingo süni intellektdən daha geniş istifadə etmək üçün bəzi işçilərlə əməkdaşlığa tədricən son qoyacaq.

Yeni strategiyaya görə, Duolingo-da iş prosesləri yenidən nəzərdən keçiriləcək və avtomatlaşdırıla bilən sahələrdə yeni işçi qəbul edilməyəcək. Şirkət rəhbərliyi bu dəyişikliyin əsas məqsədinin monoton işləri azaltmaq və əməkdaşların yaradıcı tapşırıqlara fokuslanmasını təmin etmək olduğunu bildirib.