“e-Sosial” xidmətləri “mygov” platformasına köçürülür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəqəmsal xidmətlərinin vahid platformada toplanması istiqamətində növbəti addım atır. Nazirlik e-Sosial mobil tətbiqində təqdim olunan bütün xidmətləri mərhələli şəkildə mygov platformasına inteqrasiya edir.

Məlumata görə, inteqrasiya prosesinin bu ayın sonunadək yekunlaşdırılması planlaşdırılır. 1 may tarixindən etibarən isə “e-Sosial” tətbiqi fəaliyyətini dayandıracaq və istifadəçilər bütün xidmətlərə yalnız “mygov” üzərindən çıxış əldə edəcəklər.

Bu dəyişiklik vətəndaşların dövlət xidmətlərinə daha rahat və mərkəzləşdirilmiş şəkildə çıxışını təmin etmək məqsədi daşıyır. “mygov” platforması artıq müxtəlif dövlət qurumlarının xidmətlərini bir araya gətirərək istifadəçilərə vahid giriş nöqtəsi təqdim edir. “e-Sosial” xidmətlərinin də bu sistemə qoşulması ilə sosial təminat, əmək münasibətləri və digər əlaqəli xidmətlərə çıxış daha sadə olacaq.

Posted 
Apr 3, 2026
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All