eManat MPAY-ə qoşulur, xidmətlər əvvəlki qaydada davam edəcək.

"Modenis" MMC (eManat) fintex sahəsində həyata keçirilən inteqrasiya prosesi çərçivəsində MPAY MMC-yə qoşulduğunu açıqlayıb. Birləşmə nəticəsində "Modenis" MMC-nin bütün hüquq və öhdəlikləri MPAY MMC-yə ötürüləcək. Şirkətin bildirdiyinə görə, bu addım xidmətlərin daha vahid platforma üzərindən idarə olunmasına və əməliyyatların optimallaşdırılmasına xidmət edir.

İnteqrasiya istifadəçilər üçün hər hansı dəyişiklik yaratmayacaq. eManat brendi fəaliyyətini qoruyacaq, terminallar əvvəlki kimi işləməyə davam edəcək və mövcud ödəniş xidmətləri tam şəkildə saxlanılacaq. İstifadəçilər kommunal ödənişlər, mobil balans artırılması, bank əməliyyatları və digər xidmətlərdən indiyədək olduğu kimi yararlana biləcəklər.

Şirkət vurğulayıb ki, hüquqi strukturda baş verən dəyişiklik gündəlik xidmətlərin göstərilməsinə təsir etməyəcək. İnteqrasiyanın məqsədi fintex ekosistemində daha səmərəli idarəetmə modeli qurmaq, texnoloji imkanları genişləndirmək və gələcəkdə yeni rəqəmsal xidmətlərin tətbiqi üçün vahid platforma formalaşdırmaqdır.

Posted 
Aug 5, 2026
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All