Epoint Gürcüstan Milli Bankından kartla ödənişlərin qəbulu üzrə lisenziya alaraq ölkə bazarına daxil olub.
Bu, şirkətin ilk xarici bazarıdır. Bir il davam edən uyğunlaşdırma və hüquqi hazırlıqdan sonra Epoint artıq həm Azərbaycan, həm də Gürcüstanda fəaliyyət göstərən bizneslərə vahid inteqrasiya ilə ödəniş qəbul etmək imkanı yaradır.
Epoint – kiçik və orta sahibkarlar üçün təqdim olunan rəqəmsal ödəniş aqreqatoru və elektron ticarət platformasıdır.



