X

Xatırlayırsınızsa, "Fonibo"nun investisiya xeberini Mart ayında böyük bir sevincle elan etmişdik. İndi ise "Fonibo"nun CEO-su Nicat Manafov ile olan reportajımızı size təqdim edirik.

"Fonibo"nun CEO-su Nicat Manafov ile olan reportajımız!

1. Fonibo maceranız haqqında qısaca bize melumat vere bilersiniz? Bu proyekti heyata keçirmek üçün ne qeder zamandır çalışırsınız?

- Fonibonu 2019-cu ilde proqramlaşdırmağa başladıq. 2020-ci ilde ise yayımlayıb, test etmeye başladıq.

2. İstifadeçilerin reaksiyası neceoldu? İşler gözlediyiniz kimi irelileyirmi?

- Bizim insanlarımızın buna alışması bir az zaman alacaq, çünki bu Azerbaycanda bir yenilikdir. İnsanların markete getmesine artıq ehtiyac yoxdur, her şeyi telefonlarından ala bilirler. Buna göre bir az zamana ehtiyacımız var.

3. Bütün market şebekeleri ile razılaşma heyata keçire bilmisinizmi? Restoran ve aptek xidmeti ne zaman istifadeye verilecek?

- Böyük market şebekeleriyle danışıqlar zamanı bir az problemlerle qarşılaşdıq. Çoxusu teklifimizi qebul etmirdi, onlara satışların artacağını ved etsek de bizim platformada marketlerinin olmasını istemirdiler. Çünki bu tetbiq etmenin ne işe yaradığını hele anlamırdılar. Amma pandemiya ile birlikde işler lehimize deyişmeye başladı. Artıq daha müsbet yanaşmağa başladılar. Restoran ve aptekler ise özleri müraciet edirler. O hissede sadece texnologiya terefinden heler işler davam edir.

4. “DAAL Venture” investisiyası haqqında danışa bilersiniz?

- Erebistanın 3 böyük investisiya şirketlerinden biri ile görüşüb danışdıq, layihemizi teqdim etdik. Sadece 15 deqiqe dinlediler ve bize güvenib razılaşdılar. Sadece hüquqi terefde bir az işler uzun çekdi.

5. Azerbaycanda çatdırılma xidmetleri arasında reqabet varmı? Qlobal markalarla reqabet etmek sizin işi çetinleşdirirmi?  

- Azerbaycanda reqabet azdır bu sahede. Bezi qlobal markalar çox pullar xercleyir bu bazarda. Amma lokal bazarda demek olar ki, reqabet azdır. Biz çetinlik çekmirik bu mövzuda.

6. Azerbaycanda startapa başlamaq isteyenlere meslehetiniz nedir?

- Azerbaycanda startapçılara demek isteyirem ki, böyük sermaye teleb edenişlere deyil, öz pulları ve imkanları ile başlaya bilecekleri işlere girişsinler. Bir çoxları böyük miqdarda pul teleb eden işlere başlayır, sonda ise uğursuz olur.

Fonibo-ya investisiya xeberini oxumaq üçün link-e keçid edin.

Posted 
May 1, 2021
 in 
Müsahibələr
 category

More from 

Müsahibələr

 category

View All

Join Our Newsletter and Get the Latest
Posts to Your Inbox

No spam ever. Read our Privacy Policy
Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.