Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları elan olunub.

PAŞA Maliyyə Holdinqi Bir ekosistemi və Future Lab çərçivəsində yeni rəhbər təyinatlarını açıqlayıb. Şirkətin yaydığı məlumata əsasən, elektron ticarət platforması Birmarket-in Baş İcraçı Direktoru vəzifəsinə Lukasz Szczepanski təyin edilib.

Łukasz Szczepański, prezes Merlin Group: Nie będziemy ...

Lukasz Szczepanski elektron ticarət və rəqəmsal biznes sahəsində 25 ildən artıq beynəlxalq təcrübəyə malikdir. O, müxtəlif ölkələrdə fəaliyyət göstərən texnologiya və e-ticarət şirkətlərində rəhbər vəzifələrdə çalışıb. Karyerası ərzində xüsusilə Mərkəzi və Şərqi Avropanın ən böyük onlayn ticarət platformalarından biri olan Allegro daxil olmaqla bir sıra iri şirkətlərdə transformasiya və inkişaf layihələrinə rəhbərlik edib.

Samir Məmmədov "Birmarket" CEO-su təyin edilib - Tech.az

Eyni zamanda, Future Lab-ın Baş İcraçı Direktoru vəzifəsinə Samir Məmmədov təyin olunub. O, bu vəzifəyə qədər Birmarket-in rəhbəri kimi fəaliyyət göstərib və maliyyə xidmətləri, innovasiya, rəqəmsal məhsulların inkişafı və sahibkarlıq ekosistemi sahələrində geniş idarəetmə təcrübəsinə malikdir.

Posted 
Jun 3, 2026
 in 
Biznes
 category

Daha çox

Biznes

 kateqoriyasından

View All