"Samsung"un yeni flaqman modeli "Galaxy S25 Edge" satışda gözlənilən marağı görmədiyi üçün şirkət istehsal planlarında dəyişiklik etməyə qərar verib. İncə və yüngül dizaynına baxmayaraq, cihazın bazara təqdim edildiyi ilk həftələrdə satışları zəif olub.

Bu səbəbdən "Samsung" istehsal həcmini azaldır və diqqətini digər modellərə yönəldir. Şirkət indi xüsusilə ABŞ bazarı üçün Galaxy Z Fold 7 modelinə üstünlük verir və bu modelin istehsal hədəfini 630 min ədədə yüksəldib.