"

Getir"inki bu dəfə gətirmədi, dəyəri 6.5 milyard dollara düşdü

“Getir”inki gətirməsə də, bunun altından çıxacaq, əlbət…

Keçən ilin martında 768 milyon dollar investisiya alaraq, bazar dəyərini 11,8 milyard dollara qaldıran “Getir”, həftənin əvvəlində BƏƏ-nin fondu “Mubadala”dan bu dəfə 300 milyon dollar investisiya aldı.
Bu gedişdən sonra “Getir”in bazar dəyəri təxminən 6,5 milyard dollara düşdü. 

getir

Bununla da “Getir” dekakorn adını itirmiş olur. Nazım Salur tərəfindən qurulan, pandemiya dövründə Türkiyənin sürətlə böyüyən şirkətlərindən biri olan “Getir”in dəyər itirməsinə səbəb qlobal risk kapitalı investisiyalarının azalması olub.

“AI” ölümsüzlüyün sirrini tapacaq? “ChatGPT”yə böyük rəqib gəlir

“Stable AI”ın qurucusu “StableLM” dil modelini təqdim edib. Mənbələrdə qeyd olunur ki, bu yeni süni intellekt modeli ilə o, “ChatGPT”yə iddialı rəqib hesab olunur. “StableLM” bu gün hələ ki, 3 milyard və 7 milyard parametrlərə sahib versiyalarda buraxılıb. Hətta bu rəqəmlərin özləri belə, əslində, bu gün bir çox dil modellərində asan tapılmayan rəqəmdir.

stablelm

Bundan əlavə, tərtibatçılar qrupu 15 və 65 milyard parametrli versiyaların tezliklə yayımlanacağını açıqlayıb. Qeyd edək ki, “StableLM” “ChatGPT”dən fərqli olaraq yalnız ingilis dilini dəstəkləyir.

“Twitter” botlarla sağollaşır. Yeni qaydalardan sonra botlar bloklanacaq.

Bəzi gündəlik xidmətləri yerinə yetirən “Twitter” botları ən son xəbərləri və hadisələri avtomatik olaraq yerləşdirmək funksiyasını itirib. “Twitter”də Maskın yeni və bahalı olan, ödənişli “API” sisteminə keçidin baş tutmasından sonra bu botların bir çoxu öz işini dayandırıb.

“Wilmington OH” Milli Hava Xidmətinin rəsmi “Twitter” hesabında bu barədə tvit paylaşılıb. Onlar “Twitter”in bu yeni qaydasından narazıdırlar. Həmin tviti sizinlə paylaşırıq.

“WhatsApp” söhbətləri indi daha canlı! Animasiyalı stikerlər gəlir

"WhatsApp" bu yaxınlarda istifadəçilərin təhlükəsizliyini artıracaq, yeni funksiyalar təqdim edib. Bu funksiyaların ardınca “Meta” müxtəlif yeniliklər üzərində işləməyi də vacib missiya hesab edib.

İndi isə “WhatsApp”, tətbiq üçün maraqlı olacaq, müxtəlif animasiyalı stiker variantları ilə gündəmə gəlib. Uzun müddətdir ki, barəsində bəhs olunan bu yenilik "WABetaInfo" istifadəçiləri tərəfindən paylaşılıb. İstisna olunmur ki, şirkətin bu funksiyanı platformaya indi daxil etməsi bəzi xəbər başlıqlarının meydana gəlməsinə səbəb olacaq.

Gözlər “Cybertruck”da. “Tesla”dan xəbər var.

2019-cu ildə təqdim edilən “Tesla Cybertruck” qeyri-adi görünüşü və texniki xüsusiyyətləri ilə avtomobil həvəskarlarını heyran qoymuşdu. Uzun müddətdir təxirə salınan “Tesla Cybertruck”ın buraxılış tarixi nəhayət açıqlanıb.

İnvestorlarla görüşdə sözügedən modeli 2023-cü ilin 3-cü rübündə təhvil verməyə başlayacaqları qeyd olunub. Modelin istehsalının sürətləndirilməsinin gündəmdə olduğunu bildirən Mask, kütləvi istehsala isə 2024-cü ildə başlanacağını açıqlayıb.

Modelin üçmühərrikli versiyası 800 kilometrdən çox məsafə qət edəcək. Yeni avtomobil 0-dan 100 km/saatadək sürəti cəmi 2,9 saniyəyə yığa biləcək. Qeyd edək ki, “Tesla Cybertruck” modeli üçün ilkin sifarişlərin sayı təxminən 1,5 milyondur.

Kosmosda yanacaqdoldurma məntəqələri tikiləcək

Köhnə peyklərin qazı bitdiyinə görə işini dayandırması və tullantıya çevrilməsi “Orbit Fab”in bu mövzuda böyük tədbirlər görməsinə səbəb olub. Yumşaq desək, peykləri daha uzun müddət fəzada saxlaya biləcək orbital yanacaqdoldurma məntəqələrinə ehtiyac var.

Bu tədbirlər çərçivəsində Müdafiə Nazirliyi ilə danışıqlar baş tutub, standartlar da məlumdur. Kolorado mərkəzli şirkət bazar ertəsi “8090 Industries”in rəhbərliyi ilə 30 milyon dollar dəyərində investisiya ala bilib. "Peyklərin yanacaqla doldurulmasına imkan verən infrastrukturun yaradılmasını demək, yerinə yetirməkdən daha asandır". Kosmik sənaye analitiki Kris Kvilti deyir ki, birincisi, yanacaqdoldurma infrastrukturu olmalıdır ki, onunçun da yatırım edilsin və ya əksinə. "Bu, klassik toyuq-yumurta probleminə bənzəyir" deyə, sonda əlavə edib.

Bu yeni kapsul kolleksiyasına bir baxın - #BALMAINxEVIAN

"Balmain" və "Evian", "Wieden + Kennedy" imzalı "Dəyişiklik birlikdə gözəldir" sloqanı ilə yeni kapsul kolleksiyasını təqdim edib. Qeyd edək ki, bu, lüks dəb brendi "Balmain" və su markası "Evian" əməkdaşlığından işıq üzü görən 2-ci kolleksiyadır.

İki fransız brendinin ilk əməkdaşlığının töhfəsi kimi "Balmain"in təkrar emal edilmiş plastik qab tullantılarından olan kolleksiyasını nümunə göstərə bilərik. Kolleksiya barokko üslubunda idi.

Moda sənayesinə şüşə qablar gətirməyi hədəf qoyan "Evian" keçən il "Rothy's" ilə əməkdaşlıq edərək, ABŞ Açıq Tennis Turnirində meydançaya atılan tullantı qablardan tennis geyimləri və aksesuarları kolleksiyası hazırlamışdı. Kolleksiyanın təqdimat çarxında “La Marche Bleue” rəqs qrupu yer alıb.

Posted 
Apr 20, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All