Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Audi" 26 yaşlı modelinin istehsalını dayandırır

İllərdir bir çox sürücüyə yoldaşlıq edən idman avtomobili artıq təqaüdə çıxır. "Audi Tourist Trophy" (TT) kimi də tanınan avtomobil 26 illik macərasında 662762 ədəd istehsal edilib. Şirkət ilk dəfə 1995-ci ildə Frankfurt avtosalonunda təqdim edilən Audi TT modelinin istehsalını artıq dayandırır. Qeyd edək ki, istehsal dayansa da, ehtiyat hissələri dəstəyi bir müddət davam edəcək.

"Google" qeyri-aktiv "Gmail" hesablarını silməyə başlayır

How to Delete Your Gmail Account

Google əvvəlcədən elan etdiyi kimi qeyri-aktiv Gmail hesablarını silməyə başlayacaq. Şirkət 2 ildir fəaliyyətsiz olan hesabların silinəcəyini açıqlasa da, bu təcrübənin nə vaxt başlayacağı bəlli deyildi. Dekabrın 1-də baş tutacaq bu yeniləmə ilə “Drive”, “Google Photos” “Docs” ilə əlaqəli bütün məzmunlar silinəcək. “Google”un məhsulun idarə edilməsi üzrə vitse-prezidenti Ruth Kricheli "The Keyword" bloqunda dərc olunan məqaləsində bunun zəruri təhlükəsizlik tədbiri olduğunu izah edib.

"Samsung"dan "Apple Vision Pro"ya rəqib gəlir

Samsung'dan Apple Vision Pro'ya Rakip Geliyor!

“Samsung” bu ilin əvvəlində “Google” “Qualcomm” ilə əməkdaşlıqda XR (Qarışıq Reallıq) təcrübəsi üzərində işlədiyini elan etmişdi. İndi Samsung bu VR başlığını patentləşdirdi. Şirkət bununla da "Apple"ın Vision Pro texnologiyasının ən böyük rəqibi olmaq yolunda əmin addımlarla irəliləyir. “Qualcomm” bu yaxınlarda təsdiqlədi ki, "Meta Quest 3" VR başlıqlarında istifadə edilən “Snapdragon XR2 Gen 2”dən daha güclü olan yeni XR prosessoru üzərində işləyir. Sözügedən VR başlığın prosessorunun bu olma ehtimalı yüksəkdir.

"Apple" CEO-su Tim Cook Steve Jobs haqqında açıqlamalar verib

"Apple"ın baş direktoru Tim Cook “BBC”nin "Dua Lipa: At Your Service" podkast proqramının qonağı olub. Dua Lipa ilə söhbət edən Tim Cook Steve Jobs haqqında önəmli sözlər deyib. Tim Cook Steve-dən başqa heç kimin "Apple"ı yarada bilməyəcəyini və ona minnətdarlıq borclu olduqlarını bildirib. Bununla yanaşı, Jobs-un sağ olsaydı, indiki vəzifəsini davam etdirəcəyinə əmin olduğunu da dilə gətirib.

"Samsung Galaxy S24 Ultra" üçün ilk real fotolar sızdı

Qarşıdan gələn yüksək səviyyəli flaqman "Samsung Galaxy S24 Ultra" üçün ilk real fotoların görüntüləri bu gün paylaşıldı. Keçən həftə verilən bir xəbərə görə, “Samsung Galaxy S24” seriyası ABŞ-da 17 yanvar 2024-cü ildə rəsmi olaraq təqdim ediləcək. Telefonlar müəyyən bazarlarda 18 yanvar 2024-cü il tarixindən öncədən sifariş üçün hazır olacaq və əvvəlcədən sifariş verənlərə çatdırılma 26 yanvar 2024-cü ildə başlayacaq.

Posted 
Nov 24, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All