A

BŞ Ədliyyə Nazirliyi “Google”ın reklam sahəsindəki gücünü parçalamaq istəyir. Bunun üçün Nazirlik “Google”a qarşı açılmış inhisar məhkəməsində şirkətdən iki əsas reklam xidmətini satmağı tələb edib. Söhbət reklam bazarı platforması “AdX” və “DoubleClick for Publishers” reklam serverindən gedir.

Google has an illegal monopoly on search, US judge finds | Reuters

Nazirliyə görə “Google” bu iki məhsulu birləşdirərək rəqiblərə qarşı ədalətsiz üstünlük əldə edib və yayımlayıcıları sadəcə öz sistemindən istifadə etməyə “məcbur” edib. Xüsusilə “AdX” istifadə etməyən saytların böyük gəlir itkiləri yaşadığı iddia olunur.

- Nazirlik ,həmçinin, “Google”ın “AdX” satışından sonra 10 il ərzində yeni reklam bazarı qurmasına qadağa qoyulmasını təklif edir.
- “Google”ın reklam alətləri üçün üçüncü tərəf sistemlərlə uyğunluq təmin etməsi də tələb olunur.

“Google” isə bu iddiaları qəbul etmir. Şirkətin sözçüsü Lee-Anne Mulholland bildirir:

“Ədliyyə Nazirliyinin bu təklifləri hüquqi əsasdan məhrumdur və yayımlayıcılara, reklamverənlərə zərər verə bilər.”

“Google” bu xidmətləri satmaq əvəzinə öz alternativ planını təqdim edib. Bu planlara görə:
- “AdX” bütün reklam serverlərinə açıq olacaq;
- Şirkətin fəaliyyəti 3 il ərzində müstəqil müşahidəçi tərəfindən izlənəcək.

Lakin xidmətlərin satışına razılıq yoxdur. Məhkəmə qərarı yaxın aylarda gözlənilir və bu, həm texnologiya dünyasında, həm də reklam sektorunda böyük dəyişikliklərə səbəb ola bilər.

Posted 
May 8, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All