G

PT-5” insan olacaq?

“OpenAI”nin növbəti dil modeli olacaq “GPT-5” haqqında həyəcanlı və qorxulu məlumatlar ortaya çıxmağa başlayıb. Yeni modelin süni ümumi intellekt (AGI) səviyyəsinə çataraq insanlardan ayırd edilməyən qabiliyyətlərə sahib ola biləcəyi iddia edildi. Süni intellekt nəhəngi “OpenAI” bir neçə həftə əvvəl çoxdan gözlənilən “GPT-4” dil modelini elan etmişdi. Model bir çox yeni və güclü imkanlarla gəldi. İndi isə şirkət artıq “GPT-5” üzərində işləməyə başlayıb. Məşhur tərtibatçı Siqi Çen “GPT-5”in hansı imkanlara malik olacağı haqqında məlumat paylaşıb. Çenin hesabatlarına görə, nə vaxt çıxacağı hələ bilinməyən yeniləmə modelin süni ümumi intellekt səviyyəsinə çatmasını təmin edə bilər.

“WWDC23”(Worldwide Developers Conference) iyunun 5-də keçiriləcək

Əsasən proqramyönümlü konfrans olan “WWDC” həmin tarixdə, “iOS”, “watchOS”, “iPadOS” və “macOS” kimi “Apple” əməliyyat sistemlərinin yeni versiyaları təqdim ediləcək. Proqramyönümlü konfrans olsa da, “WWDC”də son illərdə müxtəlif aparat məhsullarının təqdim edilməsinin də şahidi olmuşuq. “WWDC 2023” sərgisində təqdim olunacaq avadanlıq məhsulları arasında yeni, M3 çipinin istifadə olunduğu “MacBook Air” və “iMac”, eynəklər və yeni “iPad” modelləri var. Qeyd edək ki, pandemiya səbəbi ilə tədbir bir-neçə ildir ki, distant formada keçirilirdi.

“Netflix” “Games TV”yə gəlir, özü də “iPhone”la!

Son zamanlar müştərilərini “Disney+” və “Amazon Prime video” kimi rəqiblərinə itirən “Netflix”, özünə yeni qapılar açaraq bəxtini açmağa çalışır. Sızdırılan məlumatlara görə, “Netflix” “Games TV”ə keçəcək və  “iPhone”ları da nəzarətçi kimi istifadə edəcək. “Netflix”in “Games” olaraq tanıdığımız oyun kitabxanası 2021-ci ildə xüsusi bir xəbər olmadan, səssizcə istifadəyə verildi.

Burada artıq bir çox müxtəlif oyun növləri olsa da, belə görünür ki, TV inteqrasiyası prosesindən sonra oyunların sayı dəfələrlə artacaq. Ayrıca olaraq prosesin niyə “İPhone”ə həvalə olunması da məlum deyil.

20 il sonra, bilinən ən böyük qara dəlik kəşf edildi!

Elm dünyası 20 ildir axtarışında olduğu qara dəliyi nəhayət ki, tapa bildi! Sonsuz kosmosun dərinliklərində tamamilə yeni qalaktikalar və formasiyalar kəşf olunmağa davam edir. Bu mövzu üzərində çalışan alimlər indiyə qədər məlum olan ən böyük qara dəliyi kəşf ediblər.Əslində, adı çəkilən göy cismi 2017-ci ildə kəşf edilib və həmin il onun şəkli də çəkilib. Halbuki o, planetimizdən düz 2,7 milyard işıq ili uzaqda yerləşir. Buna görə də tam kəşfin edilməsi üçün onlara 6 il lazım olub. Və beləliklə, sonda elm adamları səma cisminin dəqiq yerini təyin edərək kəşfi tamamlaya biliblər.

“Microsoft” reklamlarını süni intellektlə işləyən “Bing Chat”a köçürür

“Microsoft” “OpenAI”nin “GPT-4” yeni axtarış sistemi olan “Bing Chat” tərəfindən verilən cavablara reklam yerləşdirməyi düşünür. “Microsoft” dərc olunan bloq yazısında bu prosesə heç kimin təəccüblənməməsinin lazım olduğunu bildirib. Bu hadisə bir neçə həftədir zarafat olaraq bilinirdi, lakin “Glean” şirkətinin qurucu mühəndisi Debarghya Das tərəfindən paylaşılan tvitdə bunun zarafat olmadığı məlum olub.

Bütün bu prosesi nəzərə alaraq deyə bilərik ki, bu sponsorlu cavabların varlığı axtarış motorlarında köhnə reklam modellərindən həqiqətən də nə qədər uzaqlaşdığımızı göstərir.

“Apple”ın 4 il əvvəl ləğv etdiyi “AirPower” layihəsi geri qayıdır

“Apple” eyni anda üç cihazı doldura bilən “AirPower” simsiz şarj cihazını ləğv etmişdi, ancaq yeni xəbərlər aksessuarın, şirkətin uzunmüddətli planına daxil olduğunu ortaya qoyur. “Apple”ın “AirPower” ideyası hələ də qüvvədədir və şirkət hələ də real alternativ təklif etmək fikrindən əl çəkməyib.

Prosesin sona çatması illər çəksə də, “Apple” axır ki, belə bir məhsul buraxmağı düşünür. Qeyd edək ki, aksesuar şirkətin tələblərinə cavab verdikdən sonra işıq üzü görə biləcək.

“Apple” yeni ödəniş sistemini elan edir: “Apple Pay Later”

“Apple” bir müddətdir işçiləri ilə sınaqdan keçirdiyi yeni mobil ödəmə sistemini açıqlayıb. “Apple Pay Later” ilk dəfə ABŞ-da az sayda insana təqdim edilib. “Apple Pay Later” adlanan yeni funksiya istifadəçilərə alış-veriş ödəmələrini altı həftə ərzində dörd hissəyə bölmək imkanı verir. İstifadəçilərə onlayn və tətbiqdaxili alış-veriş etmək üçün 50-1000 ABŞ dolları limit verilir. Onu da qeyd edək ki, istifadəçilər “Wallet” proqramından vaxtı çatmaqda olan ödənişlərini izləyə və idarə edə biləcəklər.

Posted 
Mar 30, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All