Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

GTA 6 "GTA+" üzvlüyü ilə əldə edilə bilər

GTA+ bu ilin əvvəlində Grand Theft Auto Online-ı hədəf almaq üçün istifadəyə verilmişdi. Oyundaxili bonuslar təqdim edən bu xidmətə ayda 5,99 dollar ödəməklə abunə olmaq mümkündür. Yeni bir açıqlama ilə "GTA+"a bir neçə oyunun daha əlavə olunduğu açıqlanıb. İddialara görə, gələcəkdə bu oyunlar arasında GTA 6 da yer ala bilər.

Bitcoin uzun müddətdən sonra yenidən zirvədə!

Bitcoin'de Dev Yükseliş: Son 19 Ayın Zirvesinde!

Uzun müddətdən sonra, ilk dəfə Bitcoin 35 min dollara çatıb. Səhər saatlarında bu səviyyəyə çatan kriptovalyuta altkoin bazarını da canlandırıb. İyun ayında 24 min dollar, sentyabrda 25 min dollar olan bitcoin dollar indeksi 35 min dollarla təxminən 50% artıb.

Apple süni intellektə ildə 1 milyard dollar xərcləyəcək

Apple məhsuldar süni intellekti bütün cihaz və xidmətlərinə gətirmək üçün böyük hazırlıqlar görür. Şirkət bu təşəbbüsə hər il təxminən 1 milyard dollar xərcləməyi planlaşdırır. Şirkətin müxbirlərindən olan Mark Qurman deyir ki, Apple artıq süni intellekt üzərində işləyən bir neçə startapı alıb.

WhatsApp kanallarına yeni xüsusiyyət gəlir

WhatsApp-a fərqli xüsusiyyətlər gəlməyə davam edir. WABetainfo tərəfindən verilən məlumata görə, WhatsApp kanallara reaksiya filtri tətbiq etmək üzərində işləyir. Yeni gələcək xüsusiyyət ilə adminlər kanalda etdikləri paylaşımlara kontaktlarındakı şəxslərdən gələn reaksiyaları fərqli bir bölmədən görə biləcək. Bundan əlavə, xidmət səsli mesajların və stikerlərin kanallarda paylaşılması üçün də işlər görür.

Instagram-dan yeni xüsusiyyət: Yalnız təsdiqlənmiş hesabların paylaşımları görünəcək

instagram

Meta Instagram-da təsdiqlənmiş hesabları olan istifadəçilər üçün yeni funksiya üzərində işləyir. Yeni əlavə olunacaq hissədə yalnız təsdiq edilmiş məzmun yaradıcılarının paylaşımları görünəcək. Mövzu ilə bağlı açıqlama verən Adam Mosseri bu xüsusiyyəti "iş və məzmun yaradıcılarını kəşf etmək üçün yeni bir yol" olaraq xarakterizə edir.

Yeni Gogoro "CrossOver" elektrikli motosikleti təqdim olundu

Bu gün "iki təkərli yolsuzluq avtomobili" Gogoro CrossOver elektrikli motosikleti təqdim olundu. Bu yeni model müxtəlif ərazilərdəki çətin yollardan keçmək üçün faydalı hesab olunur. Şirkət müəyyən ölkələrdə çoxlu batareya dəyişdirmə məntəqələrinə malikdir. Bu sayədə maksimum 150 km məsafə qət edə bilən akkumulyator bitdikdə onu dərhal yenisi ilə əvəz edib səyahətə davam etmək mümkündür.

Windows-a 3000-dən çox Android oyunu gəlib

Google hələ beta mərhələsində olan Play Games-də kompüterlər üçün 3 min oyun və bir sıra yeni xüsusiyyətlərlə yeniləyib. Şirkət çoxlu oyun yüklədiyi üçün "bütün oyunlar" səhifəsinin yuxarı sağ küncündə axtarış seçimi funksiyası əlavə edib. Bu funksiya oyun seçimini daha asan etmək üçün nəzərdə tutulub.

Posted 
Oct 24, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All