Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

GTA 6 treyleri MrBeast-in rekordunu qırdı!

MrBeast 24 saat ərzində ən çox baxılan video rekorduna sahib idi. İndi isə bu rekord GTA 6 tərəfindən qırılıb. GTA 6-nın ilk treyleri cəmi 22 saat ərzində 85 milyon izlənməyə çatıb. Musiqi videoları bu reytinqə daxil edilməyib, lakin çoxdan gözlənilən bu oyunun yaratdığı həyəcan digər rekordları da qıra bilər.

"Discord" mobil tətbiqinə yeni xüsusiyyətlər gəlir!

Discord 2015-ci ildə buraxılan mobil tətbiqini yenidən dizayn edib. Tətbiqdə ekranın aşağı hissəsinə yeni naviqasiya tabı daxil olub. Proqramı açdığınız zaman naviqasiya nişanları dərhal görünəcək. Bütün mesajlarınızı və digər fayllarınızı axtaran yeni DM axtarış funksiyası da mobil tətbiqə əlavə olunub. Serverlər, mesajlar bildirişlər üçün ayrıca tab, həmçinin istifadəçilərin profillərini redaktə edə biləcəyi xüsusi tab da tətbiqdə yer alacaq.

GTA 6-nın rəsmi saytı açıldı

Rockstar treylerini yayımladığı GTA 6-nın rəsmi internet saytını açıb. Saytda treylerlər, afişalar və təsvirlər mövcuddur. GTA 6-nın internet səhifəsində hələlik çox detallar yoxdur. Saytda “Leonidaya xoş gəlmisiniz” başlıqlı açıqlama yer alır. Vice City-nin yerləşdiyi qondarma Leonida ştatı ABŞ-ın Florida ştatından ilhamlanıb. Oyunun 2025-ci ildə Xbox Series S/X PlayStation 5 üçün çıxacağı bildirilib.

Şəkillərlə avatar yaratma xüsusiyyəti "WhatsApp"a gəlir!

WhatsApp'a Fotoğraf ile Avatar Oluşturma Geliyor!

"WhatsApp" insanlara selfi çəkməyə və onu daha sonra avatara çevirməyə imkan verəcək yeniləmə üzərində işləyir. "WhatsApp"da yaradılan avatarlar insanları metaversedə təmsil etmək üçün də istifadə olunacaq. İndiyədək tətbiqdə avatardan istifadə etmək üçün sıfırdan avatar yaratmaq lazım idi. “WhatsApp”ın bu yeniləməsi ilə siz sadəcə olaraq selfi çəkməklə avatar yarada biləcəksiniz.

Elon Musk "xAI" üçün 1 milyard dollar axtarır!

Elon Musk Debuts His Latest Artificial Intelligence Startup, xAI

Elon Musk süni intellektlə işləyən xAI startapını maliyyələşdirmək üçün 1 milyard dollara qədər vəsait toplamağa çalışır. Şirkətin saytındakı açıqlamaya görə, onların əsas missiyası "kainatın kollektiv anlayışını inkişaf etdirməkdir". Musk noyabr ayında "xAI" çətiri altında süni intellekt çatbotu "Grok"u işə saldı. Elon Musk bu yeni resursla süni intellekt sənayesində daha mühüm addımlar atmağı hədəfləyir.

"Toyota" dünyanın ən dəyərli avtomobil markası seçildi

Official Toyota Website | New and Used Cars | Toyota UK

"Interbrand" tərəfindən aparılan "Ən yaxşı qlobal brendlər" araşdırmasının 2023-cü il nəticələrinə görə, "Toyota" yenidən dünyanın ən dəyərli avtomobil markası oldu. Araşdırmaya görə, "Toyota"nın marka dəyəri 59 milyard 757 milyon dollardan 64 milyard 504 milyon dollara yüksəlib. Bununla belə, "Toyota"nın 2026-cı ildən sonra inkişaf etdirdiyi yeni nəsil avtomobillərin istehsal və istifadə üsulunu dəyişəcəyi qeyd olunub.

Posted 
Dec 6, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All